Sentyabrın 21-də Vision Voyage Morocco çərçivəsində «Prezident ilə səhər yeməyi» tədbiri baş tutdu. Tədbir iştirakçılarına qeyri-formal şəraitdə Vision International People Group Beynəlxalq Şirkətinin Prezidenti Dmitri Buryak ilə vaxt keçirmək kimi nadir imkan verilmişdi.

Qəzet «Presidenti» bax yüklə


Qonaqlara həmçinin yeni, eksklüziv BREAKFAST WITH THE PRESIDENT çayı təqdim edildi.


ULUN ƏFSANƏSİ

«Ulun» sözü Çin dilindən tərcümədə «tünd rəngli əjdaha» deməkdir. Əgər nəzərə alsaq ki, Şərq mifologiyasında əjdahalar - müdrik, məğrur və ədalətli məxluqlardır, bu ad çox şərəfli isimdir.

Ulunun tarixi neçə yüzilliklə ölçülür. Çin dilindən «Ali Çay Məharəti» kimi çevrilən Qun Fu Ça mərasimində məhz bu sortlardan istifadə edilərmiş.

Özünə hörmət edən hər bir içki kimi ulunun da öz əfsanəsi var.

Həmin əfsanəyə inansaq, bu çay yaranmasına görə, xarabaya çevrilmiş məbədi tapan Sulun adlı bir rəncbərə borcludur.

Müqəddəs məkanın xaraba qalması rəncbəri məyus edir və o, məbədi abadlaşdırmağa başlayır. Həmin məbəddə isə Şəfqət ilahəsi Quaninin qədim, çatlaq heykəli varmış.

Sulunun canfəşanlığını qiymətləndirən ilahə Quanin onun yuxusuna girir və çay kolunu ona göstərərək, içkini hazırlamaq qaydasını ona öyrədir.



BREAKFAST WITH THE PRESIDENT ÇAYI

  • xüsusi istehsal texnologiyaları;
  • eksklüziv müasir büküm: ipək piramidalar, hermetik torbacıqlar, çayın bütün faydalı və dad xüsusiyyətlərini qorumaq üçün tənəkə qutu;
  • çayın xüsusi düsturu, premium-klass inqrediyentlərinin əl ilə yığımı;
Tərkibi: ulun çayı, istiotlu nanə yarpağı, portoğal qabığı, darçın tikələri, gülümbahar çiçəkləri, saflora ləçəkləri, nanə efir yağı, vanil tikələri.



Vision Voyage 2014 iştirakçılarına eksklüziv hədiyyə - «Maroc №14» parfümü.




Mərakeşdə «Prezident ilə səhər yeməyi» tədbirindən foto-hesabat.


Pages: 1 2 Next
Sentyabrın 21-də həm də bütün Vision ticarət şirkəti və nümayəndəliklərində tədbir keçirildi.

Həmin gün Vision International People Group Beynəlxalq Şirkətinin Prezidenti Dmitri Buryak tədbir iştirakçılarına müraciət ünvanladı.

Tədbirin bütün iştirakçılarına sağlam səhər yeməyi və hədiyyələr təklif edildi. Yalnız tədbir iştirakçıları eksklüziv «Breakfast with the President» çayının təminə hər kəsdən əvvəl baxıb, onu əldə edə bildilər. Bütün Rusiya, MDB və Avropa ölkələri distribütorlarının xeyriyyə tədbirində iştirak etmək imkanı oldu: onların aldıqları «Breakfast with the President» çayı» fincanlarının satışından əldə edilən vəsait uşaq evləri yetirmələrinin yaradıcılığının dəstəklənməsinə yönəldiləcək.

Vyetnam distribütorları «Breakfast with the President çayı» suvenir fincan-çaydanı ala bildilər. Tədbir iştirakçıları ilk mənbədən Şirkətin əsas xəbərlərini eşitdilər, yeni məhsullar, həyat keyfiyyətinin idarə edilməsi və yeni biznes imkanları barədə informasiya aldılar. Məxsusi olaraq tədbir üçün yeni təqdimat videomaterialları hazırlanacaq.