• 5
  • 4
  • 4
Biznes Təklifi
Distribütor olmaq nə deməkdir? Biznesə necə başlamalı? Elektron müqavilə Qarşılıqlı fəaliyyət qaydaları

Vision distribütoru müqaviləsinin şərtləri

Vision International People Group distribütorunun müqavilə şərtləri

Distribütor aşağıda sadalanan şərtlərdən birinə riayət etmədikdə və yaxud Müqavilənin arxa tərəfində onun göstərdiyi məlumatlar doğru olmadıqda, Distribütora qarşı müəyyən edilmiş məsuliyyət tədbirləri, o cümlədən, Şirkət tərəfindən hər hansı kompensasiya ödənilmədən Müqaviləni birtərəfli qaydada pozmaq tədbiri dərhal tətbiq edilə bilər.

Vision Holdings Limited (bundan sonra mətndə Vision və ya Şirkət) məhsulun və (və yaxud) xidmətlərin, məhz sağlamlaşdırıcı təsirli məhsulların, kosmetikanın, geyimin və həmçinin Şirkətin istənilən məqamda satışına dair qəbul qəbul etdiyi hər hansı məhsulun birbaşa yayılması üzrə fəaliyyət göstərən distribütorların cəmiyyətidir.
  1. Hər yeni distribütor hazırkı Müqaviləni bağlamaq hüququna malik, yetkin yaşlı, tamamilə iş qabiliyyətli və distribütora qarşı irəli sürülən şərtlər ilə yanaşı Vision distribütorunun müəyyən iş Qaydalarına cavab verməlidir.
  2. Hər yeni distribütor Şirkət ilə yalnız bir Müqavilə imzalamaq və Vision distribütorunun iş Qaydalarında birmənalı olaraq icazə verilmiş, yaxud Şirkət və ya onun nümayəndəlikləri ilə ayrıca razılaşdırılmış hallar istisna olmaqla, Şirkətin kommersiya fəaliyyətinin digər sferasında hər hansı mənafeyinin olmadığını təsdiq etmək barədə öhdəlik götürür.
  3. Distribütor hazırkı Müqaviləni imzalamaqla, məhsul və yaxud xidmətlərin evdə müstəqil qeyri-eksklüziv yayıcısına çevrilir. Distribütorun vəzifəsi alıcı axtarmaq yolu ilə Vision məhsulunu yaymaqdan ibarətdir. Distribütor yeni yayıcılar cəlb etmək hüququna malikdir və onların da öz növbəsində Şirkətin distribütorları olması üçün onlara tədris keçmək barədə öhdəlik götürür.
  4. Vision şirkətinin distribütoru olmaq üçün heç bir investisiya tələb edilmir.
  5. Distribütor öz qrupunun distribütorlarının fəaliyyətindən komission faizinin alınmasını nəzərdə tutan Marketinq planına müvafiq olaraq, mükafat ala bilər. Komission faizlərinin şkalası Şirkətin qərarına əsasən vaxtaşırı dəyişdirilə bilən Marketinq planında göstərilib.
    Distritbütor potensial yayıcılar ilə ünsiyyət zamanı güman edilən qazanca dair zəmanət verməməli və ya Şirkətin məhsulu, yaxud Marketinq planına dair həqiqətə uyğun olmayan hər hansı fikir söyləməməlidir.
  6. Əgər Distribütor bir ay ərzində Vision şirkətinin məhsulunun alınması və son istehlakçıların arasında yayılmasına dair şərtləri yerinə yetirmirsə, elədə o, həmin ay üçün komission faizlərinə iddia edə bilməz. Bundan başqa, Distribütor 4 (dörd) ay ərzində ardıcıl olaraq məhsulun son istehlakçılar arasında yayılma şərtlərini yerinə yetirmədikdə, öz distrtibütor qrupunu yaratmaq hüququnu itirir. Distribütor 4 (dörd) ay ərzində heç nə almadıqda öz sponsorunu saxlayır, lakin fəaliyyətinin sonrakı aylarda bərpa olunma ehtimalına baxmayaraq, beşinci ayda həmin Distribütorun bütün qrupu ondan yuxarıdakı aktiv sponsorun səlahiyyətinə keçir. Bu proses degrade adlanır. Əgər Distribütor deqrade-dən sonrakı 6 (altı) ay ərzində heç bir alqı əməliyyatı etmirsə, onun Müqaviləsi ləğv edilir.
  7. Son istehlakçı tapmaq yolu ilə məhsulun yayılması Distributorun vəzifəsidir. Buna görə də Distribütor Şirkətdən və ya onun nümayəndəliyindən yeni məhsul almazdan (sifariş etməzdən) əvvəl, artıq əldə etdiyi məhsulun çox hissəsini yaymalıdır.
    Şirkət birmənalı olaraq bəyan edir ki, layiq olmadığın komission faiz almaq imkanı verdiyinə görə, yalnız komission faizlərin alınması məqsədilə məhsulun əldə edilməsi qəti qadağandır və Vizion Marketinq planının müddəalarına və ruhuna ziddir.
  8. Distribütorun Şirkət qarşısında hər hansı borcu olduğu halda Şirkət müvafiq məbləği Distribütora çatacaq komission faizlərindən tutur. Bundan başqa, Şirkətin nümayəndəliyində sifariş edilmiş və alınmış məhsulun dəyərinin ödənilmədikdə Şirkət müvafiq ismarıcı aldıqdan dərhal sonra Müqavilə avtomatik olaraq pozulur. Müqavilə pozulanadək Distribütora çatacaq komission faizindən mövcud borclar çıxarılaraq, qalan məbləğ dərhal Distribütora ödəniləcək.
  9. Distribütor yalnız Şirkətin lisenziya verdiyi veb-saytların (bundan sonra - «İnternet-mağazalar» yazılır) vasitəsilə İnternet şəbəkəsində Vision məhsulunun satışını və reklamını həyata keçirmək hüququna malikdir. Bu zaman Distribütora Vision məhsullarını Şirkətin tövsiyə etdiyi məhsulun müştəri qiymətindən aşağı (bundan sonra «Müştəri qiyməti» yazılır) qiymətə İnternet-mağaza vasitəsilə reklam etmək və satmaq qadağan edilir. Distribütor Vision məhsullarına öz şəxsi endirim sistemini araşdırmaq hüququna malikdir. Distribütor Şirkət ilə ilkin razılaşmadan sonra məhsulun satışı zamanı göstərilən endirim sistemindən istifadə etmək hüququna malikdir. 
  10. Distribütora onun Şirkətdən aldığı məhsulu hərrac alqı-satqı metodundan istifadə edən İnternet şəbəkəsindəki veb-saytlardan (bundan sonra «İnternet-hərraclar» yazılır) satmaq və ya satışına kömək etmək qadağan edilir. Distribütor həmçinin Vision məhsullarını İnternet-hərraclarda yerləşdirmək üçün üçüncü şəxslərin xidmətindən istifadə etmək, həmçinin üçüncü şəxslərin satacağı Vision məhsulunun İnternet-hərraca çıxarılacağını bildikdə və belə güman etməyə əsası olduqda onların xidmətindən istifadə etməyə hüququ yoxdur. Hazırkı bəndin müddəaları qüvvədə olan Müqavilə fəaliyyətini dayandırdıqdan sonra da qüvvədə qalır.
  11. Şirkət distribütorlara və müvafiq olaraq, son istehlakçılara yaydığı məhsulun yüksək keyfiyyətini təmin edir. Bununla əlaqədar məhsulun hər hansı üsulla geri qaytarılması yalnız Şirkətin ilkin razılığı olduqda və istehlak hüquqlarının müdafiəsini nizamlayan qanunvericiliyə dəqiq uyğun gəldikdə Distribütor tərəfindən geri qaytarıla bilər. Distribütor fəaliyyəti tamamilə müstəqil olduğundan bununla bağlı labüd məsrəf və zərərlər üçün müstəqil məsuliyyət daşıyır. Belə bir məsuliyyət Şirkətin boynuna qoyula bilməz. 
  12. Distribütor öz hamiliyindəki agentlərin şəbəkəsini genişləndirməyə, yeni cəlb etdiyi distribütorların tədrisini təmin etməyə, təqdimatların və məhsulların son istehlaksçıya çatdırılmasının ən yaxşı üsullarını onlara nümayiş etdirməyə borcludur. Bununla əlaqədar Distribütor yeni topladığı distribütorların tədrisini təmin etmək və onların kommersiya fəaliyyətinin inkişafında yeni gələnlərə kömək etmək üçün onlarla daim əlaqə saxlamaq öhdəliyini öz üzərinə götürür. Distribütor bəyan edir ki, o, Vision distribütorunun iş Qaydalarında yeni üzvlərin cəlb edilməsinə dair xüsusi qaydalarla tanışdır və onları yerinə yetirməyə söz verir.
  13. Distribütor Şirkət tərəfindən yazılı icazə olmadıqda Vision şirkətinə məxsus ad, emblem, nişan və digər rəmzlərdən istifadə edə bilməz. Bundan başqa, o, Şirkətin yazılı razılığı olmadan, Vision məhsullarını və ya kommersiya priyomlarını reklam edə bilməz.
    Distribütor Vision məhsullarını və ya Marketinq planını Şirkətin araşdırdığı və yaydığı sənədləşdirmədə qəbul edilmiş terminlərə ciddi uyğun olaraq, reklam etməyi öhdəsinə götürür.
  14. Distribütor Şirkətə dair məxfi informasiyanı, Vision kommersiya sirləri daxil olmaqla gizli saxlamaq, həmçinin Şirkətin işgüzar nüfuzuna xələl gətirəcək məlumatların yayılmasına yol verməmək barədə öhdəlik götürür.
  15. Şirkət və Distribütor digər tərəfi xüsusi bəyanatla məlumatlandırmaq şərtilə, Müqaviləni birtərəfli qaydada poza bilərlər. Müqavilə Distribütorun təşəbbüsü ilə pozulduğu hallarda sonuncu Marketinq planına dair Şirkət qarşısındakı bütün müqavilə öhdəliklərindən azad edilir, yeni distribütorlar yığmaq və bununla da komission faizləri almaq hüququnu itirir. Onun bütün qrupu bərpa olmaq hüququ olmadan onun sponsoruna keçir.
    Müqaviləni ləğv etmiş, yaxud Şirkətin qərarına əsasən, Müqaviləsinin pozulduğu Distribütor müqavilə pozulduğu tarixdən 1 (bir) il sonra yeni müqavilə imzalamaq hüququna malikdir. Sponsoru dəyişdirmək məqsədilə Müqavilənin ləğvi qadağan edilir. Şirkətin bu məsələyə dair qərar qəbul etdiyi gün Müqavilənin pozulma tarixi hesab olunur. 
  16. Müqavilə pozulduğu təqdirdə 16-18-ci bəndlərdə sadalanan şərtlərə əsasən, artıq Şirkətin və ya onun nümayəndəliklərinin Distribütora məhsul verməsi ilə əlaqədar Distribütorun öhdəlikləri saxlanılır.
  17. Əgər Distribütor Müqaviləni imzaladığı andan keçən 14 (on dörd) gün ərzində onu pozmaq niyyətini bildirərsə, bu zaman Distribütorun xüsusi ərizənin verildiyi tarixdən başlayaraq, 14 (on dörd) gün ərzində aşağıdakıları çıxmaq şərtilə, Şirkətə və yaxud onun nümayəndəliklərinə ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ var:
    a) artıq son istehlakçıya çatdırılmış və haqqı ödənilmiş məhsulun ödəniləcək və yaxud ödənilmiş məbləği;
    b) artıq Distribütora çatdırılmış və onun qaytarmadığı, yaxud Vision şirkətində səlahiyyətləri olmayan şəxsin qəbul etdiyi sifarişin dəyəri;
    v) qaytarılmış, lakin Distribütorun günahı üzündən zədələnmiş məhsul sifarişinin dəyəri, yaxud zədələnmiş məhsulun dəyərinə bərabər məbləğ.
  18. Əgər Distribütor Müqaviləni pozmaq niyyətini onu imzaladığı andan sonrakı 14 (on dörd) gündən gec olmayaraq bildirərsə, onun Şirkətdən və ya onun nümayəndəliklərindən aldığı məhsulun qaytarılması məsələsi hər bir konkret halda ayrılıqda Şirkətin müəyyən etdiyi qaydada həll edilir. Lakin istənilən halda Müqavilə bu cür pozulduqda belə, Distribütorun ödədiyi məbləğin 100% qaytarılmasına yol verilmir.
  19. Əgər Müqaviləni Vision şirkəti pozursa, Şirkət və yaxud onun nümayəndəliyi lazım bilərsə, onların Distribütordan şirkətin satdığı məhsulu müəyyən etdiyi qiymət və şərtlərlə qəbul etmək hüququ var.
  20. Hazırkı Müqavilə Şirkət tərəfindən qeydiyyata alındığı andan 1 (bir) il ərzində qüvvədədir. Müqavilənin qüvvədə olduğu müddət başa çatandan sonra, tərəflərdən biri müddətin başa çatmasına ən azı 1 (bir) ay qalmış vaxtdan gec olmamaq şərtilə, onu pozmaq barədə arzusunu bildirmədikdə, eyni şərtlərlə və Distribütorun hazırkı Müqavilənin 3-cü b. üzrə öhdəlikləri yerinə yetirdikdə yeni analoji müddətə uzadılır. 
  21. Distribütor öz fəaliyyətinin tamamilə müstəqil olduğunu qəbul edir. O, qüvvədə olan qanunvericiliyi pozmadan müştərilərini şəxsən tapır və müntəzəm olaraq məhsulu onların evinə çatdırır. Hazırkı Müqavilənin məqsədi assosiasiya və ya cəmiyyət çərçivəsində tərəfdaş münasibətləri, yaxud Distribütor, onun Sponsoru, onun qrupunun üzvləri, sponsorluq edilən distribütorlar və/və yaxud Şirkət və onun nümayəndəlikləri arasında «işverən-işçi» tipli münasibətlər yaratmaq deyil.
    Distribütor Vision şirkəti adından öz üzərinə öhdəliklər götürmək və və yaxud danışıqlar aparmaq, yaxud hər hansı bir formada məsuliyyəti Şirkətin və onun nümayəndəliklərinin öhdəsinə qoymaq hüququna malik deyil.
  22. Distribütor öz kommersiya fəaliyyətinin idarə edilməsi üçün gərək olan məsrəflər üçün, həmçinin öz vergi və sosial öhdəlikləri üçün müstəqil olaraq məsuliyyət daşıyır.
    Nə Şirkət, nə də onun nümayəndəlikləri heç bir halda Distribütorun vergi qanunvericiliyinə riayət etməsinə və onun Distribütor kimi komission və digər ödənc və ya imtiyazların məbləğinin düzgün uçotuna və ödənilməsinə məsuliyyət daşımırlar və daşıya bilməzlər.
  23. Distribütor təsdiq edir ki, Vision distribütorunun iş Qaydaları ilə tanış olub. Həmin sənəddə ifadə edilən kommersiya prinsipləri iqtisadi və ya kommersiya zərurəti ilə əlaqədar Şirkət tərəfindən nəzərdən keçirilə bilər. Həmin prinsiplərdə, həmçinin Şirkətin müəyyən etdiyi biznesin aparılma metod və prosedurlarında müvafiq dəyişiklikləri izləmək Distribütorun vəzifəsidir.
  24. Distribütor Marketinq planı ilə tanış olduğunu və bu planın necə işlədiyini başa düşdüyünü təsdiq edir. O etiraf edir ki, kimsə öz bəyanatları ilə ona qazanc götürəcəyi, Vision ilə öz kommersiyya fəaliyyətindən digər fayda götürəcəyi barədə ona ümid və ya zəmanət verməyib və o bildirir ki, distribütor olmaq arzusunda belə bir ümid etmir. Distribütor dərk edir ki, onun uğuru öz qabiliyyətindən və real səylərindən asılıdır, o, Şirkətin qərarına əsasən müntəzəm olaraq nəzərdən keçirilə bilən Vision mükafatlandırma planında nəzərdə tutulanlardan başqa, heç bir komission almayacaq. 
  25. Distribütor Şirkətin hazırkı Müqavilənin müddət və şərtlərini, kommersiya və Marketinq planı prinsipləri kimi dəyişdirə bilməsi barədə məlumatlıdır və bununla razıdır. Yerinə yetirilməsi vacib olan bu dəyişikliklər yazılı olaraq, Distribütorun diqqətinə çatdırılacaq. Distribütor yeni şərtlərə müvafiq olaraq fəaliyyət göstərəcək. Dəyişikliklər ya xüsusi bülleten, ya hər kəsin ala biləcəyi jurnalda dərc edilən məlumat vasitəsilə, ya da məhsulun bükümünə qoyulan bildiriş ilə elan edilir. 
  26. Bütün dəyişikliklər Şirkət bu barədə məlumat yaydıqdan 30 (otuz) gün sonra qüvvəyə minir. Göstərilən dəyişikliklər həmçinin Şirkətin nümayəndəliklərinin vasitəsilə distribütorların nəzərinə çatdırıla bilər.
  27. Distribütor hazırkı Müqavilə üzrə öz hüquq və öhdəliklərini və müvafiq olaraq, Vision distribütoru statusunu öz qohumlarından birinə yalnız o şərtlə verə bilər ki, həmin qohum səlahiyyətlərin ötürüldüyü an Şirkətin distribütoru olmasın və buna Şirkət yazılı razılıq versin.
  28. Distribütorun fəaliyyəti onun iş yerində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilməlidir. Distribütor onun fəaliyyətini müəyyən edən hüquqi, sosial və vergi normaları çərçivəsində işləyəcəyi barədə öhdəlik götürür. Bundan başqa, hazırkı Müqavilə qüvvədə olduğu müddət ərzində Distribütor bu Müqavilədə nəzərdə tutulan Vision ilə kommersiya fəaliyyətinə rəqib fəaliyyət ilə, o cümlədən, Vision məhsullarına rəqib olan məhsulları reklam etməmək və yaymamaq, həmçinin öz işində məhsulun (xidmətlərin) çoxsəviyyəli şəbəkə marketinqi və birbaşa satış vasitəsilə yayılma metodlarından istifadə edən digər Şirkətlərin Distribütoru olmamaq barədə öhdəlik götürür. Distribütor hər hansı qeyri-leqal kommersiya fəaliyyəti ilə məşğul olmamalı və ondan sui-istifadə etməməlidir.
    Hazırkı bənddə irəli sürülən öhdəliklərin Distribütor tərəfindən pozulması Şirkətin təşəbbüsü ilə Müqavilənin pozulması üçün şərtsiz əsasdır.
  29. Distribütor aşağıdakı düzgünlük və açıqlıq prinsiplərinə riayət etməyə borcludur:
    - məhsulu adekvat təsvir etməyə;
    - əldə etmək, zəmanət, etibarlılıq və xidmət şərtlərini aydın ifadə etməyə;
    - son istehlakçıya məhsul almaq barədə qərara gəlmək üçün zəruri vaxt verməyə;
    - təklif edilən məhsul həmin mərhələdə son istehlakçının tələbatına cavab vermədikdə nəzakətli davranmağa və ona artıq təzyiq göstərməməyə.
  30. Distribütor bəyan edir ki, Distribütor ilə Şirkətin qarşılıqlı münasibətinin hüquqi və əxlaqi əsasını təşkil edən hazırkı Müqavilənin, Vision distribütorunun iş Qaydalarının bütün şərtlərini oxumuş və başa düşmüşdür. Hər hansı başqa şərt, zamin durmaq və ya zəmanət yalnız bununla bağlı xüsusi yazılı saziş bağlanıldığı zaman qüvvəyə minir.
    Hazırkı Müqavilənin müddəaları və Vision distribütorunun iş Qaydaları birlikdə Şirkət ilə Distribütor arasında münasibətlərin müqavilə əsasını təşkil edir.
    Hazırkı Müqavilənin müddəaları və Vision distribütorunun iş Qaydaları labüd birmərnalı olmayan və ya ziddiyyətli yozulduqda, məhz hazırkı Müqavilə prioritet sənəd sayılır və ali yuridik qüvvəyə malikdir.
  31. Hazırkı müqavilə ilə Distribütor Şirkətdən onun poçt ünvanına, onun elektron poçtunun ünvanına, SMS-göndərişlər və (və yaxud) Distibütorun məxsusi göstərdiyi hər hansı digər üsul ilə göndərilən informativ məlumatları (o cümlədən marketinq xarakterli məlumatların) almağa öz razılığını bildirir.
  32. Hazırkı Müqavilədən və yaxud onun yerinə yetirilməsindən irəli gələn bütün mübahisə və narazılıqlar danışıqlar yolu ilə həll edilmədikdə, distribütorların öz fəaliyyətlərini həyata keçirdikləri yerdə qüvvədə olan qaydalara əsasən müvafiq məhkəmə instansiyalarına baxılmaq üçün verilir.