YOUR GOAL IS OUR GOAL


Layihə

Sizi xüsusi imtiyazlarla təmin etmək üçün yeni OrgaNice Mərkəzi qurduq. Biz hər bir detalı düşünüb daşındıq ki, siz özünüzü burada evinizdəki tək rahat hiss edəsiniz. Siz öz biznesinizi OrgaNice Mərkəzinin xoşagələn və sakit atmosferində inkişaf etdirə biləcəksiniz - burada sizi dostlarınız, peşəkar personal və mehriban adamlar əhatə edir. Biz sizin biznesinizin çiçəklənməsi üçün səylərimizi əsirgəmirik, çünki bizim məqsədimiz - sizin rifahınızdır!

Bizim barəmizdə

Rahat yerləşmə

Mərkəz şəhərin ən yaxşı rayonunda yerləşir

Asan çatdırılma

Öz sifarişinizi Mərkəzdən götürün

Mehriban komanda

İxtisaslı və məqsədyönlü əməkdaşlar sizi dəstəkləməyə həmişə hazırdırlar

Ən yeni texnologiyalar

iPad planşetləri, MacBook noutbukları, 3D-proyektorları, divarlarda quraşdırılmış ekranlar: hər şey komfortlu iş üçün

Uğurlu görüşlər

35 nəfər tutan bir iri konfras salonu və şəxsi görüşlər aparmaq üçün komfort zona

İncə interyer

İnteryerin dizaynı ən xırda detallarınadək düşünülüb

Biz müxtəlif demoqrafik amilləri nəzərə alaraq, mərkəz üçün yerin seçiminə məsuliyyətlə yanaşdıq və əsas nəqliyyat axını olan, piyada zonaları və ictimai nəqliyyatın hər istiqamətə işlədiyi rayona üstünlük verdik. Bizim Mərkəzin ətrafında yerləşən firmalar Şirkətimizin yüksək səviyyəsinə uyğundur: burada siz bir dənə ucuz mağaza görə bilməzsiniz. Bu respektabelli rayonda maşın park etmək üçün böyük yer var. Biz həm də çalışmışıq ki, yeni OrgaNice Mərkəzini tapmaq çətin olmasın, buna görə də bizim şirkətin loqotipi rayonda 3 müxtəlif rakursdan nəzərə çarpır.

Tədbirlər

Görüşlərin keçirilməsi - bu, sizin tərəfdaşlar tapmağınıza, məhsulların təqdimatını keçirməyə və sazişlər bağlamağınıza imkan verən effektli biznes strategiyasıdır. Yeni OrgaNice Mərkəzində sizin müştərilər ilə uğurlu görüşlər təyin etməyiniz və aparmağınız üçün lazım olan hər şey var.

Siz onlayn rejimində görüşlər üçün vaxtı bronlaşdıra və yaxud sizi maraqlandıran tədbirlərin qrafikini izləyə bilərsiniz.

TƏDBİR TƏQVİMİ
Siz tədbir təqvimində distribütor mərkəzində keçiriləcəyi planlaşdırılan tədbirlər ilə tanış ola bilərsiniz. Həmçinin səhifənin aşağısındakı əks əlaqə formasını doldurmaqla öz tədbirinizi keçirmək barədə sifariş edə bilərsiniz.

Sizin Mərkəziniz

Sizin şəhərinizdə OrgaNice Mərkəzinin açılış şərtləri.

Siz də öz şəhərinizdə OrgaNice Mərkəzinin açılmasını istəyirsiniz? Hər şey sizin əlinizdədir! Sizin regionunuzda, vilayətinizdə və yaxud şəhərinizdə artıq 1000 nəfərdən çox distribütor uğurlu işləyir? Belədirsə, yeni Mərkəz məhz sizin şəhərinizdə yaranacaq! Sizin biznesiniz çiçəklənib inkişaf etməyiniz bizim üçün vacibdir, buna görə də sizi dəstəkləmək və bundan sonra da müvəfəqiyyətlərə həvəsləndirmək üçün hər şeyi edirik!


Əlaqə vasitələri

Nijni Novqorodda OrgaNice Mərkəzi

Ünvan: 603000, Nijni Novqorod ş., Bolşaya Pokrovskaya küç., ev 32
Tel.: 8 (831) 430-04-54
E-mail: nijniy.novgorod@organice.co

İş vaxtı:
Çərşənbə axşamı — cümə, saat 10:00 - 21:00
Şənbə, bazar günü saat 12:00 - 21:00
Bazar ertəsi — istirahət günü

Name
Email Address
Message
Anti-bot protection
CAPTCHA
Please type symbols you see on the picture