• 5
  • 5
  • 5
  • 4
  • 4
Şirkət
Vision bu gün Prezident Bizim fəlsəfəmiz Şirkətin tarixi Vision məhsullarının yaranması Vision həyat tərzi Qlobal məsuliyyət Ofislər
Əsas səhifə Şirkət Bizim fəlsəfəmiz

Bizim fəlsəfəmiz






Vision fəlsəfəsi - insanın sağlam həyat tərzinin xeyrinə, düşünülmüş sağlamlıq naminə edilən seçimdir.

Vision şirkətinin korporativ fəlsəfəsi Düşünülmüş Sağlamlıq Tədbirləri - yaxud, qısaca, - DST adlanır. Bu fəlsəfə - insan sağlamlığının ən yüksək dəyər kimi, sağlamlığın fiziki, mənəvi, intellektual və sosial həyat keyfiyyətinin harmoniyası kimi qəbul edilməsinə əsaslanır.

Müasir insanın yaşadığı şərait çox zaman onun sağlamlığı üçün əlverişsizdir. Bəzən bu şəraiti dəyişmək qeyri-mümkündür. Amma hər halda insanın sağlamlıq vəziyyətini müəyyənləşdirən çox şey bizim ixtiyarımızdadır. Məsələn, qida rasionu, yuxunun müddəti, ünsiyyət çevrəsi və i.a. Bütün bunlar - insanın öz şəxsi dəyər sisteminin əsasında gerçəkləşdirdiyi fərdi seçimin nəticəsidir. Məhz dəyərlər sistemi insanın davranışını, onun vərdişlərini, prioritetlərini və bütövlükdə həyat tərzi adlanan bütün anlayışları müəyyən edir.

Düşünülmüş sağlamlıq tədbirləri - insanın şəxsi seçimidir. Lakin təklikdə bu seçimi etmək asan deyil - həmfikirlərin köməyi lazımdır, çünki insan çox zaman öz seçimini qeyri-sağlam informasiya blokadası şəratində, məsələn, tütün, alkoqol, «fast-fud» yeməkləri və sağlamlığı məhv edən bu cür nələrisə istehlak etməyə səsləyən reklamın təzyiqi altında seçim etməyə məcburdur. Yalnız sağlamlığın xeyrinə düşünülmüş seçim etmiş həmfikirlərin yekdil dəstəyi ilə bu «reklam zülmü»nə qarşı çıxmaq olar.

Bu gün bütün dünyada milyonlarla insan Vision distribütorlarına, DST fəlsəfəsinin daşıyıcılarına düzgün seçim etməkdə kömək göstərdiklərinə görə minnətdar olmalıdırlar. Beləliklə, Şirkət «sağlamlıq əlaçıları» birliyi yaradaraq, onun bütün sağlam düşüncəli ardıcıllarına istiqamət göstərəcək mayak ucaldır.