• 5
  • 5
  • 4
  • 4
  • 3
Şirkət
Vision bu gün Prezident Bizim fəlsəfəmiz Şirkətin tarixi Vision məhsullarının yaranması Vision həyat tərzi Qlobal məsuliyyət OrgaNice Mərkəzi Ofislər

Prezident

"Mən Vision şirkətini yaratdım və onu insanlara verdim. Buna görə də bizim əsas məqsədimiz - insandır. İnsan ilə bağlı nə varsa, yalnız onun həyatı ilə bağlıdır. Vision təkliflərinin məğzi yüksək qazanclı etik biznesdən ibarət deyil. Vision təkliflərinin məğzi - məhsulların nadir səmərəsində də deyil. Bizim təklifimizin məğzi insanın həyat kefiyyətini dəyişməyi təklif etməyimizdir. Bu, bizim ideoloji platformamızdır, Vision şirkətini bunsuz dərk etmək mümkün deyil ".

Bu sözləri Dmitri Buryak -Vision International People Group şirktəinin Prezidenti Yer üzünün bütün insanlarına ünvanlayır.

O, həyat yoluna geoloq kimi başlayıb. Ötən əsrin 80-ci illərində keçmiş ittifaqda ilk özəl sahibkar-novatorların cərgəsində olub. Doxsanıncı illərdə isə metallurgiya sahəsində ən mühüm simalardan birinə çevrilib. Otuz yaşlarında onun mədəni bir insanın arzuladığı hər şeyi - sevimli ailəsi, gəlirli biznesi, cəmiyyətdə mövqeyi var idi …
Lakin bütün bunlar həyatın özü ilə birlikdə onun həyatından az qala yoxa çıxacaqdı. Ağır avtomobil qəzasından sonra özünə gələndə anladı ki, insanın həyatında ən qiymətli dəyər elə həyatın özüdür.

Həmin gündən bəri ömrünü öz müasirlərinin həyatının və sağlamlığının qorunması işinə həsr etdi.

Beləcə, 15 il əvvəl dünyada sağlamlığı mənəvi, fiziki, intellektual və sosial həyat keyfiyyətinin harmoniyası kimi dərk edən yeganə şirkət yarandı.

Vision ilə birlikdə olanların şəxsi ilə ictimai arasında seçim etməyə ehtiyacı yoxdur, çünki həmfikirlərin cəmiyyətində olmaq və məhz bunun sayəsində şəxsiyyət kimi inkişaf etmək imkanı var. İş ilə ailə arasında seçim etmək zərurəti də yoxdur, çünki bu, ailə biznesidir, belə bir işin xeyrinə seçim - ailənin xeyrinə seçimdir. Böyük pul ilə sevimli iş arasında seçimə də ehtiyac yoxdur, çünki məhz sevimli iş böyük qazanc gətirir. Həzz və sağlamlıq arasında da seçim etməyə zərurət qalmır, çünki biz sağlam olmaqdan həzz alırıq. Ən başlıca cəhət isə ondan ibarətdir ki, bizim baxışlarımız - iki ziddiyyət arasında kompromiss, tarazlıq və ortaq məxrəc deyil, məhz ziddiyyətlərin tam həcmdə qovuşmasıdır.

Bizim Sağlam Biznesimizin təməlində Sağlamlıq Kultu durur. Bu, hər kəsin uğurunun əsasında yeni sosiumun qurulması deməkdir.

Vizionçular - bizim hamımızın, övladlarımızın və nəvələrimizin yaşayacağı gələcəyin qurucularıdır. Dünyada yeni qüvvə, geriləməyə qarşı çıxmağı gerçəkdən bacaran qüvvə yaranmaqdadır. Bu qüvvə - insanların Sağlam Sosiumda birləşməsidir, bu - Vision Sosial Şəbəkəsidir.

Bu gün Vision - öz taleyini müstəqil həll etməyə qabil yetkin, qüdrətli mexanizmdir.

Yüz minlərlə insan artıq öz həyatını Vision ilə dəyişib, milyonlar isə Prezident Dmitri Buryakın - ideyaları həyatı, şəxsən sənin həyatını hər gün daha da yaxşılaşdıran insanın - rəhbərliyi altında böyük Şirkətin möhtəşəm qələbələrinə hələ çox şahid olacaq.