• 5
  • 4
  • 4
Şirkət
Vision bu gün Prezident Bizim fəlsəfəmiz Şirkətin tarixi Vision məhsullarının yaranması Vision həyat tərzi Qlobal məsuliyyət Ofislər
Əsas səhifə Şirkət Qlobal məsuliyyət

Qlobal məsuliyyət

Həyat Keyfiyyətinin Mədəniyyətlərarası Tədqiqat

Şirkətin Prezidenti Dmitri Buryak Millenium-2009 tədbirinə öz strateji məktubunda Şirkətin qlobal dünyəvi məsuliyyətini belə müəyyənləşdirmişdi:
«Bəşəriyyətin uzun və xoşbəxt ömür sürmək səyləri indi haradadır? Gəlin, ən nüfuzlu qurumun - Dünya Səhiyyə Təşkilatının (DST) 2008-ci ildə dünyada səhiyyənin vəziyyəti barədə Məruzəsinə müraciət edək. DST-nin fərziyyələrinə görə, təbabətin beş əsas problemi var:
  1. Səhiyyəyə ayrılan dövlət xərcləri yoxsulların deyil, varlıların xeyrinədir.
  2. Hər il yüz milyondan artıq insan tibbi yardımın haqqını ödəmək zərurəti üzündən dilənçi halına düşür.
  3. İnsan sağlamlığına kompleks yanaşma prinsipi pozulub. İnsan daha bir sistem kimi nəzərdən keçirilmir. Bunun əvəzinə o, dar ixtisaslı həkimlərin ixtiyarındadır. 
  4. Müasir təbabət təhlükəsizlik standartlarını və elementar gigiyenanı təmin etməyə qabil deyil. Xəstəxanadaxili infeksiyadan və düzgün təyin edilməmiş dərmanlar üzündən pasientlərin ölüm halları artır.
  5. Tibbi yardım xəstəlik acısını 70% azalda biləcək sağlam həyat tərzinin profilaktikası və təbliğinin əvəzinə yox, bahalı xidmətlərin göstərilməsinə yönəldilir.
Bütün dünyada səhiyyə sahəsindəki problemlər göz qabağındadır. Mərkəzi və Şərqi Avropa əhalisinin sağlamlıq vəziyyəti necədir?

DST-nin məlumatlarına görə, Avropada ən qısa ömür sürən insanlar Rusiyada yaşayır. Kişilərin orta ömrü cəmi 57 ildir. İslandiyada isə bu göstərici - 79,5-dir. Yəni, 22 yaş yarım çox! Axırdan ikinci yerdə Qazaxıstan, üçüncü yerdə isə Ukrayna durur.

Rusiya, Ukrayna və Qazaxıstan - Vision şirkətinin postsovet məkanında əsas bazarlarıdır. Bizim məhsulumuza bu ölkələrdə tələbat böyükdür.

Başqa bir göstəriciyə - yetkin yaşlılar arasında siqaret çəkənlərin payına diqqət yetirək: Ukrayna - 62%, Rusiya - 61%. Şərhə ehtiyac yoxdur. Sağlamlıq azaldıqca və tibb preparatları bahalaşdıqca, bizim sağlam məhsulun dəyəri durmadan artır.

Bütün dünyada, o cümlədən ABŞ və Rusiyada əhali sürətlə qocalır. Əgər minilliklər boyunca insan cəmiyyətində gənclərin sayı qocaların sayından xeyli çox olubsa, artıq 2011-ci il üçün vəziyyət 180 dərəcə dəyişiib. Ahılların sayı təkcə inkişaf etmiş ölkələrdə yox, həm də Hindistan və Çin kimi inkşiaf etməkdə olan ölkələrdə də çoxalır. Dünya getdikcə qocalar evinə çevrilməkdədir.

Bununla yanaşı, inkişaf etmiş ölkələrdə ömrün uzunluğu getdikcə qısalmaqdadır. İnsanlara bu gün təkcə ətraf mühit yox, həm də çoxsaylı zərərli vərdişlər, modifikasiyaya uğramış ərzaqlar və fast-fud ilə total qeyri-düzgün qidalanma da təhlükə yaradır. Artıq uşaqlıqdan piylənmənin qurbanına çevrilmiş yeni nəsil yetkin həyata sağlamlıq üçün görünməmiş risklə daxil olacaq, buna görə də 10-15 ildən sonra biz ilk baxışda, çox firavan görünən ölkələrdə ömrün dəhşətli dərəcədə qısalmasına şahid ola bilərik.

Biz öz sağlam biznesimizi inkişaf etdirərək, əminik ki, yaxın zamanlarda Wellness industriyasını sıçrayışlı inkişaf gözləyir. Əvvəllər fitnes klublarla assosiasiya olunan Wellness industriyasının siması da yenilənəcək. Bu sima - şəbəkə marketinqidir. Bu barədə Amerika prezidentlərinin müşaviri Pol Pilzer öz epoxal «Növbəti trilyon» tədqiqatında bu barədə inandırıcı söhbət açır.

Gəlin, özümüzdən soruşaq, insan nə vaxt öz səhhəti ilə məşğul olmağa, BAƏ qəbul etməyə başlayır?

Çox güman ki, bizdəki məşhur ifadəni işlədəsi olsaq, qulağının dibindən halva iyi gələndə, yəni artıq hansısa xəstəliklə ölüm-dirim savaşına çıxanda.

Bəs insan nə vaxt alternativ məşğulluq axtarmağa başlayır? Elə eynilə bu cür: çalışdığı işinin «qulağının dibindən halva iyi gələndə», yəni işini itirmək təhlükəsi ilə üzləşəndə.

Biz görürük ki, dünya böhranı dövründə elə bir şərait yetişib ki, hər iki tərəfdən halva iyi gəlir. Bununla belə, xəstəlik ilə işsizlik nadir hallarda tək dolaşırlar. Sağlamlığın əldən gedirsə, - daha iş də gözünə görünmür. İşin itirilməsi isə şübhəsiz ki, sağlamlığa öz mənfi təsirini göstərir.

Sağlamlıq bazarı bizim üçün çalışır. Biz bunu DST-nin məlumatlarından da görürük. Amma əmək bazarı da bizim üçün işləyir. Biz bunu başqa bir hörmətli təşkilatın məlumatlardan bilirik. Bu təşkilat - Beynəlxalq Əmək Təşkilatıdır.

2010-cu ilin əvvəlində Beynəlxalq Əmək Təşkilatı «Qlobal məşğulluq trendi» adlı mühüm sənəd dərc etdi. Bu sənəddə hazırkı iqtisadi böhranın fəsadlarından söhbət açılır. Müəssisələrin kütləvi müflisləşməsi və əməkdaşların işdən çıxarılması da həmin fəsadların arasındadır.

İşsizlik nədir? İşsizlik - sosial dibsizliyə yuvarlanmaqdır. İnsan nə qədər çox işsiz qalırsa, sonradan ona iş tapmaq daha çətin olur. Alışdığı mühitindən uzaqlaşan işsiz istər-istəməz sosial deqradasiya yoluna düşür. Qayıdış şansı azalır.

İş insanın həyatından ən böyük yeri tutur. Onun şəxsi, ailə və ictimai həyata təsiri böyükdür. İşin yoxluğu yoxsulluğun və sosial qeyri-sabitliyin əsas səbəbidir. Əgər indiki böhran ötən əsrin otuzuncu illərindən bəri ən ağır böhrandırsa, belədə əmək bazarından biz nə gözləməliyik?

Beynəlxalq Əmək Təşkilatının yanvar hesabatında dünyada işsizliyin artım proqnozu dərc edilmişdi. Həmin proqnoza görə, 2009-cu ildə işsizlərin sayı təxminən 231 milyon nəfərə çatacaqdı. Lakin elə ilin ilk ayları göstərdi ki, gerçək vəziyyət proqnozlaşdırıldığından xeyli pisdir və daha pis ssenari üzrə inkişaf edir.

Biz həmin rəqəmlərə baxdıqda anlayırıq ki, dünyada milyonlarla insanın şəbəkə marketinqini seçməkdən özgə çarəsi yoxdur. Biz sizi öz cərgəmizə qoşulmağa dəvət edirik. Biz sizə Vision biznesini təklif edirik. Sərbəst. Dinamik. Ötkəm. Gəlirli. Bizim biznes təklifimiz - ənənəvi əmək bazarının imtina etdiyi bütün üç milyon yer əhalisindən ötrü əla çıxış (daha dəqiq desək, - gəliş!) yoludur.

Çalışdığımız illər ərzində qazandığımız nüfuzumuz qayıtmış sağlamlıq barədə yüz minlərlə, əldə edilmiş maliyyə müstəqilliyinə dair on minlərlə əhvalat deməkdir.

Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı kimi qurumların rəsmən qəbul etdiyi heyrətamiz insanpərvər Şirkətin heç bir ləkə düşməmiş nüfuzu deməkdir.

Bizim tariximiz - Şirkətin xidmət borcu olaraq deyil, səmimi qəlbdən məşğul olduğu yorulmaz xeyriyyəçilik fəaliyyəti sayəsində həyatına nur çilənmiş minlərlə uşağın həyatı deməkdir.

Yaxın beş il ərzində Şirkətin strategiyası bu gün Vision distribütoru adlanan, öz əsas səriştəsini - ünsiyyətini gerçəkləşdirərək, gəlirini artırmaq imkanını qazanmış kəslərə yönəldilib.

Şirkətin fəaliyyəti - sağlam nəsil yetişdirmək, sağlam maliyyə-müdafiə cəmiyyətini formalaşdırmaq kimi böyük bir işə töhfədir.