VIP-Forum Moscow

18-19

fevral

Moscow




18 - 19 fevral tarixində 2017-ci ilin ilk böyük korporativ tədbiri baş tutdu. Vision şirkətinin VIP Forumu keçirildi. 18 ölkəni təmsil edən 600 nəfərdən çox adam Ostankinoda "Korolevski" konsert salonuna toplaşmışdı. Biz VİSİON distribütorlarının yeni uğur və nailiyyətlərini bütün dostlarımızla paylaşmaqdan məmnunuq! VİSİON karyera pilləkənində irəli addım atmış 50 nəfərdən sox insan səhnəyə qalxdı. Onların şərəfinə bayram atəşfəşanlığı düzənləndi və şampan şərabı paylanıldı. "Drive your success" avtomobil proqramında iştirak edən tərəfdaşların sayı bir il ərzində öz hesablarına ümumi məbləği təxminən 1 000 000 € məbləğinə yaxınlaşan bonus toplamış yeni bəxtəvərlərin sayəsində artdı! Vision Voyage səyahətinin - şirkətin hər il baş tutan pulsuz tətilinin 100 nəfərdən çox iştirakçısı onların bu ilin dekabrında baş tutacaq Mavriki adasına uçuşunu daha komfortlu edəcək faydalı suvenirlər əldə etdilər! Yeri gəlmişkən, VIP Forumunun yorulmaz və çox şey bilən aparıcıları bizə xatırlatdılar ki, 20 il ərzində VISION tərəfdaşları 23 ölkəyə səfər ediblər, bütün səyahətlərdə isə cəmi 6 834 nəfər iştirak edib! Heyrətamiz nəticələr, qiymətli iş metodikası, Şirkətin top-liderlərindən peşəkar tədris, yeni məhsullar haqqında informasiya və səhnədən salona ötürülən və 600 dəfə artaraq səhnəyə qayıdan aşıb-daşan enerji - bu TƏDBİRİ unudulmaz və başqalarına oxşarsız edən məqam idi!

VISION SUMMIT isə bundan da yaxşı keçəcək!
Sizi 19-20 avqust 2017-ci il tarixində Crocus City Hall-da gözləyirik!




Photo Albums on Google Photo:

VIP FORUM Moscow-2017
VIP FORUM Moscow-2017. Speakers