• 5
  • 5
  • 5
  • 4
  • 4
Yeniliklər
Tədbir

VIP-FORUM 2017

2-3 dekabr 2017-ci il. “Planeta KVN” Moskva Gənclər Mərkəzi Moskva, Şeremetyevo küçəsi, bina 2

26 sentyabrda Şirkətin 1 dekabr 2017-ci il tarixinə kimi davam edəcək qış VIP-Forumuna biletlərin satışına start verilmişdir. Biletlərin satışı üç mərhələdə həyata keçirilir, hər bir mərhələ üçün xüsusi qiymət müəyyən edilmişdir¹:
  • 25 sentyabrdan 15 oktyabra kimi (daxil olmaqla) - 4 900 rubl (70 ş.v.)
  • 16 oktyabrdan 15 noyabra kimi - 5 400 rubl (77,14 ş.v.)
  • 16 noyabrdan 28 noyabra kimi - 5 900 rubl (84,28 ş.v.)
Sentyabr, oktyabr və noyabr aylarının yeni tərəfdaşları üçün qiymət bütün dövr üçün müəyyən edilmişdir – 4 900 rubl (70 ş.v.).

Biletlərin satışı Moskva TK-larında yaxud Şirkətin internet-mağazası vasitəsilə həyata keçirilir (Evdən sifariş ver – TK-da al). Biletlər elektron formatda təqdim olunur.

Bileti onlayn əldə etmək üçün Şirkətin internet-mağazasına (www.visionshop.me) daxil olmaq lazımdır, qabaqcadan qeydiyyatdan keçdikdən sonra, “Evdən sifariş ver – TK-da (Rusiya, Belarus) al” bölməsini seçin. Açılmış səhifədə “Vision brendinin rəsmi dileri “DEM4 P” şirkəti, Moskva ş.”-ni seçin. Ödənişdaxil olduqdan sonra siz internet-mağazanın səhifəsinə istinadla məktub alacaqsınız, həmin mağazada ona baxa və çap edə bilərsiniz. Həmçinin bilet www.vip-tree.net saytında şəxsi kabinetdə “Alətlərim” bölməsində (“Tədbirlərə biletlər” sətri) ixtiyarınızda olacaqdır.

Bileti distribyutorlar qrupu üçün deyil, yalnız özünüz üçün əldə edə bilərsiniz.

Əlavə şərtlər:
  • Məlumat bazasına daxil edilən ailə müqaviləsinə görə, 2 bilet almaq hüququ verilir.
  • Uşaqlar tədbirə buraxılmır. Uşaq biletlərinin satışı həyata keçirilmir.
  • Tədbir üçün alınan biletlər geri qaytarılmır.
  • Tədbir üçün alınan biletlər daha yüksək kvalifikasiyalı distribyutor tərəfindən yerinə yetirilərsə, dəyişdirilə bilər.
İştirak üçün kvalifikasiya:
  • 2017-ci ilin sentyabrında YAXUD oktyabrında YAXUD noyabrında VIP və daha yuxarı səviyyədə olmaq.
İmtiyazlı yerlər üçün kvalifikasiya:
  • GALA sektoru – 2017-ci ilin sentyabr-noyabr dövründəki istənilən iki ayda VIP 4S və daha yuxarı kvalifikasiyada olmaq.
  • VIP 3S sektoru – 2017-ci ilin sentyabr-noyabr dövründəki istənilən iki ayda VIP 3S və daha yuxarı kvalifikasiyada olmaq.
  • VIP 2S sektoru – 2017-ci ilin sentyabr-noyabr dövründəki istənilən iki ayda VIP 2S və daha yuxarı kvalifikasiyada olmaq YAXUD 2017-ci ilin noyabr ayının yekunlarına əsasən Dollar Milyonerləri Klubunda olmaq.
  • VIP 1S sektoru – 2017-ci ilin sentyabrında YAXUD oktyabrında YAXUD noyabrında VIP 1S kvalifikasiyasında olmaq.
VIP-Foruma biletləri ən sərfəli qiymətə əldə etməyə tələsin!

BİRLİKDƏ BİZ DAHA ÇOX NAİLİYYƏT ƏLDƏ EDƏRİK!

1. bilet tədbirin 2 günü üçün etibarlıdır.