• 5
Yeniliklər
Tədbir
Əsas səhifə Yeniliklər Tədbirlər Səyyar Lider Seminarı

Səyyar Lider Seminarı

2016-cı il aprelin 12-dən 15-dək Prezidentin və aparıcı top-liderlərin iştirakı ilə VISION şirkətinin lider seminarı keçirildi. Rusiya, Avropa, Vyetnam və MDB ölkələrinin müxtəlif şəhərlərindən VIP 2S və daha yuxarı dərəcəli liderlər Şirkətin aktual planları və ən yaxın inkişaf perspektivləri barədə informasiya almaq üçün seminara yığışmışdılar.

VISION şirkəti öz liderlərinə əsl krallara layiq hədiyyə bəxş etdi. Lider seminarı Peterqofun ən yaxşı otellərindən birində - «Yeni Peterqof»da keçirildi. Peterqof haqlı olaraq dünyanın ən gözəl saray-parklarından hesab edilir. Əbəs yerə onu «rus Versalı» adlandırmırlar. Hər il bu unikal tarixi memarlıq kompleksinin gözəlliklərindən zövq almaq üçün həm Rusiyanın müxtəlif guşələrindən, həm də xaricdən minlərlə turist gəlir. Bu il isə VISION - VIP 2S və daha yuxarı dərəcəli VİSİON liderlərinə belə bir əla imkan verildi.

Maraqlıdır ki, «Novıy Peterqof» oteli Böyük Peterqof sarayının Yuxarı parkı ilə düz üzbəüz Olginski gölünün mənzərəli sahilində yerləşir. Otelin pəncərələrindən saraylara və I Pyotrun şəxsən layihəsini verdiyi məhşur Peterqof fəvvarələrinə möhtəşəm panoram açılır. Əlbəttə, lider seminarının bütün iştirakçıları bu şəksiz üstünlüklərə dərhal diqqət yetirdilər.

Bir neçə gün ərzində seminar iştirakçıları VİSİON Prezidentindən və top-liderlərindən Şirkətin inkişaf perspektivləri barədə informasiya aldılar, Prezident Müşavirləri (President’s Team) çevrəsinə daxil olan şəxslərlə qiymətli təcrübə və bilik mübadiləsi apardılar, yubiley ilində keçiriləcək Millenium-2016 tədbirinin və liderlər üçün tədbirlərin cədvəlini birlikdə tutdular.

Lider seminarı Prezident Dmitri Arkadyeviç Buryakın VISION liderlərinə təntənəli müraciəti ilə açıldı. Prezident ilk növbədə President’s Team top-liderlər komandasını seminar iştirakçılarına təqdim etdi, müasir iqtisadiyyatdakı qlobal problemlərə (qeyri-sabit bazarlar, işsizlik, valyutaların dəyişkənliyi və d.) və xüsusilə, böhran zamanı şəbəkə marketinqinin çoxlarına yaratdığı əməli perspektivlərə toxundu. Prezident həmçinin yaxın gələcəkdə Şirkətin əsas inkişaf istiqamətləri barədə söz açdı, liderlərin diqqətini əsasən, ərzaq inkişafının qlobal strategiyasına, yeni unikal məhsulların, o cümlədən, yeni kosmetika xəttinin meydana çıxmasına yönəltdi, liderlərə öz bizneslərini inkişaf etdirmək üçün görünməmiş imkanlar verən məhsul xəttinin genişləndirilməsinin vacibliyini vurğuladı.

Seminar iştirakçıları həmçinin President’s Team çevrəsinə daxil olan Şirkətin aparıcı top-liderlərindən də qiymətli informasiya aldılar. Seminarda Şirkətin yeni marketinq planının üstünlükləri (maliyyə yüklənməsinin aşağı salınması, müştərilərin biznesə cəlb edilməsi, inkişafın stimullaşdırılması, şəbəkənin genişləndirilməsi və d.), inkişaf bonusları (Buster proqramı) ətraflı götür-qoy edildi, VIP dərəcəsini yerinə yetirmiş liderlər üçün bütün müsbət məqamlar və imkanlar nəzərdən keçirildi.

Təbii ki, lider seminarının aparıcı yekun məqamlarından biri Soçidə yubiley Milleniumu üçün Prezidentin Baş müşavirləri Alla və Oleq Andriyçuklardan heyrətamiz promouşen oldu.