OrgaNice Mərkəzi
  • 5
Yeniliklər
Tədbir

OrgaNice Mərkəzi


Oktyabrın 4-də Nijni Novqorodda unikal OrgaNice Mərkəzinin açılışı oldu!

Açılış mərasimində Şirkətin Prezidenti DMİTRİ BURYAK, İnkişaf Blokunun Rəhbəri MARQARİTA BURYAK, Marketinq üzrə direktor LİDİYA BURYAK, həmçinin Prezidentin Baş müşavirləri - PAVEL SVETLANA DUBROVLAR iştirak etdilər.




OrgaNice Mərkəzi — yeni formatlı meydan, ofis, Vision Group şirkətinin vizit kartı, onunla uğurun rəhni və fasiləsiz inkişafın rəmzidir. Biz Sizə öz biznesinizi təkmilləşdirmək, daha böyük nəticələrə nail olmaq və Vision Karyera Planının Matritsası ilə daha irəli getmək imkanı verən yeni iş standartları bəxş edirik.

Düz saat 14-də ölkənin bütün bölgələrindən yüzlərlə dəvətlinin toplaşdığı OrgaNice Mərkəzinin təntənəli açılış mərasimi başladı. Moskvadan (Sapsan lider vaqonunda), Vladimirdən, Kirovdan, Uzaq Şərqdən və hətta İspaniyadan qonaqlar gəlmişdi. Mərasimi Nijni novqorodlular, Prezident qvardiyaçıları VIP 3S Natalya və Sergey Tupitsınlar açdılar. Onlar Nijni Novroqordda Vision biznesinin necə başladığından danışdılar, nə qədər ağır şəraitdə işləməli olduqlarını xatırladılar, ilk unikal OrgaNice Mərkəzinin məhz Nijni Novqorodda açılmasından necə fəxr etdiklərini və buna görə də Prezidentə və onun ailəsinə minnətdar olduqlarını bildirdilər. Sonra Prezidentin Baş Müşavirləri Svetlana və Pavel Dubrovlar çıxış etdilər. Onlar Nijni novqorodluları təbrik etdilər və biznesin yeni tərzdə və daha böyük uğurla davam edəcəyinə inamlarını bildirdilər.

Şirkətin Prezidenti Dmitri Buryakın çıxışı xüsusi diqqətlə qarşılandı. Prezident toplaşanların alqışları altında yeni unikal kompleks proqramların buraxılması sayəsində Vision şirkətinin parlaq perspektivlərindən danışdı. Sonra Prezident, Birinci Ledi və Lidiya Buryak yaşıl lenti kəsərək, OrgaNice Mərkəzini təntənəli surətdə açdılar.

Açılış proqramı Mərkəzin konfrans salonunda davam etdi - Şirkətin liderləri, Nijni Novqorod təşkilatının Moskvadakı sponsorları Natalya Basova və Ziniaida Kiselyova; Nijni Novqorodda VİP 3S qvardiyaçısı Sergey Zarudayev; top-liderlər Lübov Qarifullina və Tamara Pşennikova çıxış etdilər. Onların hər biri öz emosiyalarını və bu Hadisənin oyatdığı təəssüratı bölüşdü, Prezidentə minnətdarlıq etdi və Nijni Novqorod liderlərinə uğurlar arzuladı.

Proqramın ən mühüm məqamlarından biri də Marqarita Buryakın çıxışıdır. O, MİSSİA fondunun Nijni Novqoroddakı fəaliyyətindən danışdı, korreksiya istiqamətli uşaq evinin pedaqoqunu və yetirmələrini təqdim etdi. Marqarita Viktorovna əldə edilmiş hər superpakdan 1 qab Junior Neo verilməsi aksiyasında yığılmış Vision vitamin-mineral komplekslərini uşaqlara verdi. Pedaqoq və yetirmələr Fonda və Şirkətə öz səmimi və alovlu minnətdarlıqlarını bildirib, Marqarita Viktorovnaya uşaq evi sakinlərinin öz əlləri ilə düzəltdikləri OrgaNice üslubunda kağız ağacı hədiyyə etdilər.

Bunun ardınca Prezident söz aldı və Qvardiyaçılara Şirkətin daha bir ən yeni araşdırmasını - bioloji yaşı müəyyən edən diaqnostika aparatını təqdim etdi. Cihazın təqdimatını DEM4 laboratoriyasının Tədqiqat və İnkişaf Departamentinin rəhbəri Elmantas Poçeviçyus apardı. Açılışın hər bir iştirakçısı testdən keçərək nəticəni dərhal əlinə ala bildi.

Sonra təşkil edilən möhtəşəm furşetə toplaşan həmfikirlər səmimi ünsiyyətdən həzz aldılar. OrgaNice tortunun təntənə ilə məclisə gətirilməsi axşamın kulminasiyası oldu. Yeri gəlmişkən, artıq oktyabrın 5-də Nijni Novqorod OM-a çatdırılmaqla ilk sifarişlər verildi.

Vision bayramı OrgaNice Mərkəzinin açılışı ilə bitmədi. Həmin gün axşam «Oka-biznes Qrand oteli»nin konfrans salonunda Svetlana və Pavel Dubrovlar sentyabrın ən aktiv distribütorları üçün 250 nəfərdən artıq adamın iştirakı ilə treninq keçirdilər. Treninq çərçivəsində çıxış edən Vision Voyage Marocco iştirakçıları bu unikal səyahətdən aldıqları coşqun emosiyaları və unudulmaz təəssüratları bölüşdülər.

Tədbirin sonunda Prezidentin ailəsi ilə gəlişi gözlənilməz və çox sürpriz oldu. Marqarita Viktorovna Svetlana və Pavel Dubrovlara Maroc №14 parfümünü hədiyyə etdi. Prezident isə məxsusi sifarişlə Stolkholm zərbxanasında gümüş və minadan düzəldilmiş 1№ və 3№ nömrəli III dərəcəli Qvardiya Şöhrət Ordenini onlara təqdim etdi. Toplaşanların əksəriyyəti onları bürüyən emosiyaları və göz yaşlarını gizlədə bilmədilər. VİP dərəcəsini yenicə yerinə yetirmiş iki nəfərə ilk dərəcə nişanlarını Prezidentin şəxsən təqdim etməsi daha səmimi emosiyalar doğurdu. Bu tədbir bir daha hamıya göstərdi ki, hadisələrdə həmişə şəxsən iştirak nə qədər vacibdir. Yalınz burada siz Şirkətin Birinci şəxslərinin əlindən nadir biliklər, emosional dəstək və gələcək üçün böyük motivasiya ala bilərsiniz!