• 5
  • 5
  • 4
  • 4
  • 3
Yeniliklər
Tədbir

VIP FORUM


18 - 19 fevral 2017-ci tarixlərində qarşıdakı ilin ilk böyük korporativ tədbiri - Şirkətin VIP FORUMU baş tutacaq. Bu tədbir yeni start, Şirkətin inkişafında yeni sıçrayış, yeni Vision erasının başlanğıcı deməkdir.

VIP FORUMU Rusiyanın ən məhşur konsert salonlarından birində - «Korolyovski»¹ konsert salonunda keçiriləcək. Çoxfunksiyalı salon işgüzar seminarlardan və konfranslardan tutmuş konsert və teatr tamaşalarınadək istənilən formatda və mürəkkəblikdə tədbirlər keçirməyə imkan verən müasir səs və işıq avadanlığı ilə təchiz edilib. «Korolyovski» konsert-tamaşa kompleksi televiziya və radio yayımının tən ortasında - Ostankino teleqülləsinin ərazisində yerləşir. Bir çox televiziya kanalları və radio stansiyaları öz yayımını məhz buradan aparır, ən mühüm və aktual yeniliklər məhz buradan Rusiyanın müxtəlif guşələrinə yayılır.

VIP FORUMU-nun belə bir məkanda keçirilməsinin rəmzi mənası böyükdür. Biz, Şirkətin həyatındakı ən mühüm və vacib yenilikləri ilk öyrənən şəxslər olacağıq. Biz, Prezidentin MİLLENİUM-2016 zamanı bizimlə bölüşdüyü Vision inkişaf planının necə həyata keçirildiyinin şahidi olacağıq. Biz Şirkətin top liderlərinin, şəbəkə marketinqi sferasındakı peşəkarların çox maraqlı və faydalı treninqlərinin şahidi olacağıq. Əlbəttə ki, hamımızı heyrətamiz Etiraf mərasimi gözləyir, hərçənd siz özünüz də həmin mərasimin iştirakçıları arasında ola bilərsiniz.

İştirak üçün dərəcə - 2016-cı ilin dekabrında və yaxud 2017-ci ilin yanvarında VIP və daha yuxarı dərəcədə olmaq.

VIP FORUMU-na biletlərin satışı artıq dekabr ayında başlanır!

Yenilikləri izləyin, birincilərin cərgəsində olun!

BİZ BİRLİKDƏ DAHA BACARIQLIYIQ!

1. Moskva şəh., Akademik Korolyov küş., ev 15, korp. 2 (metronun «Maryina Roşşa» və yaxud «VDNX» st.).