• 5
  • 5
  • 5
  • 4
  • 4
Yeniliklər
Tədbir

Vision Voyage 2018



1 sentyabr 2017-ci il tarixində Vision Voyage 2018-də iştirak üçün kvalifikasiyaya start verilir.


2018-ci ildə VISION VOYAGE iştirakçılarını Malay arxipelaqının ən romantic adalarından birinə - Baliyə inanılmaz səyahət gözləyir.


Adanı “İndoneziyanın incisi” adlandırırlar. Adada olarkən, bu unudulmaz yerin məftunedici atmosferinə daxil olmaq, bütün varlığınızla ada həyatını hiss etmək, güllərin ətri ilə dolmuş havanı udmaq, günəşli çimərliklərdə dincəlməkdən həzz almaq, isti okean dalğalarının mehriban pıçıltılarına qulaq asmaq üçün hər bir andan istifadə edin.

Baliyə ilk dəfə gələn səyyahları müxtəlif istirahət gösləyir. Ekzotik mətbəx həvəskarları rahat restoran və kafelərə baş çəkə bilər və ləziz ənənəvi yeməklərin dadına baxa bilər. Balinin milli mətbəxi ədviyyat, dəniz məhsulları və təzə meyvə və tərəvəzlərin bolluğu ilə məşhurdur. 

Qəhvə həvəskarlarını isə burada əsl sürpriz gözləyir: yerli qəhvəxanalarda dünyanın ən bahalı qəhvəsi olan, balanslaşdırılmış orijinal dadlı, güclə sezilə bilən acılı və yüngül nuqa və bal notlarının olduğu elit qəhvə olan lüvak verirlər.

Bali, adaya ekstremal hisləri yaşamaq üçün gələnləri də məyus etməyəcəkdir. Bura qatı sörfinqçi və dayverlər üçün cənnətdir. Balidə çoxlu sörfinq məktəbləri fəaliyyət göstərir, ən populyar məktəblər adanın kult yeri olan – Kuta kurortunda yerləşir. Hər il dünyanın hər yerindən buraya yüzlərlə sörfinqçi öz güclərini sınamaq və sörfer sənətlərini nümayiş etdirmək üçün gəlir.

Bali adası sanki təzadlardan toxunmuşdur: bir tərəfdən, bura yumşaq tropik iqlimdir, qara vulkanik qumlu çimərliklərdir, Hind okeanının sahilində tam tənhalıq və rahatlıqdır, rahat otellər və bunqalodur, yaşıllığaqərq olan vadilər və vulkanlardır, qədim məbədlərdir. Digər tərəfdən – bura aktiv gecə həyatıdır, alovlu əyləncə gecələridir, romantik toy mərasimləridir – bir sözlə, Balidə istirahət hər bir səyyahın ürəyincə olacaqdır.

Və əgər siz rahat ada istirahəti həvəskarısınızsa, Balidən daha yaxşı yer tapa bilməzsiniz. İstəyinizə çatmaq üçün maksimum səy göstərmək lazımdır və sizin arzunuz reallığa çevrilə bilər. VISION VOYAGE 2018 – uğrunda öz üzərində işləmək və böyümək üçün layiqli, çox gözəl məqsəddir!

  • İştirak üçün kvalifikasiya:
    Открыть или Закрыть

    Kvalifikasiya dövrü: sentyabr 2017 – may 2018.

    2017-ci ilin sentyabrından 2018-ci ilin mayına kimi aşağıdakılar tələb olunur:

    • VIP-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • minimum, doqquz ayın yeddisində VIP 1S-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • minimum, yeddi ayın ikisində VIP 2S-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • bu dövr üçün 25 000 CV-dən az olmayan GV6 ümumi artımını təmin etmək (2016-cı ilin sentyabrı – 2017-ci ilin mayı üçün olan GV6 məbləğinə nisbətən);
    • bu dövr üçün 15 000 CV-dən az olmayan BV ümumi artımını təmin etmək (2016-cı ilin sentyabrı – 2017-ci ilin mayı üçün olan BV məbləğinə nisbətən);
    • bu dövr üçün 60 000 CV-dən az olmayan ümumi dövriyyəyə malik olmaq.

    Aşağıdakı şərti yerinə yetirən

    • VIP-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • minimum, yeddi ay VIP 1S-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • müsbət GV6 və BV artımına malik olan, lakin kvalifikasiya üzrə qalan şərtləri (VIP 2S şərti, dövriyyə üzrə olan şərti yaxud GV6 və BV ümumi artımı üzrə olan şərti) yerinə yetirməyən distribyutorlar, GV6 və BV artımlarını növbəti səyahət kvalifikasiyası hesabına keçirmək imkanına sahibdir, yəni – GV6 və BV artımının yarısı (50%) növbəti Vision Voyage kvalifikasiya hesabında nəzərə alınacaqdır.

    2017-ci ilin sentyabrı – 2018-ci ilin aprelinin yeni iştirakçıları üçün xüsusi şərtlər.

    Üzv olduğu aydan 2018-ci ilin mayına kimi aşağıdakılar tələb olunur:


    • üzv olduğu aydan 2018-ci ilin mayına kimi Baş konsultantdan aşağı olmayan kvalifikasiyada olmaq;
    • minimum, üzv olduğu aydan sonrakı üçüncü aydan etibarən VIP-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • iki ayda VIP 2S-dən aşağı olmayan kvalifikasiyada olmaq;
    • üzv olduğu aydan 2018-ci ilin mayına kimi 60 000 CV-dən az olmayan GV6 məbləğinə malik olmaq;
    • üzv olduğu aydan 2018-ci ilin mayına kimi 15 000 CV-dən az olmayan BV məbləğinə malik olmaq.

    Aşağıdakı şərti yerinə yetirən

    • Baş konsultantdan aşağı olmayan kvalifikasiyada olmaq;
    • minimum, üzv olduğu aydan sonrakı üçüncü aydan etibarən VIP-dən aşağı olmayan kvalifikasiyada olmaq (ancaq kvalifikasiya dövrü ərzində iki aydan az olmamaq şərtilə);
    • iki ayda VIP 1S-dən aşağı olmayan kvalifikasiyada olmaq, lakin kvalifikasiya üzrə qalan şərtləri (VIP 2S şərti, dövriyyə üzrə olan şərti yaxud BV məbləği üzrə olan şərti) yerinə yetirməyən 2017-ci ilin sentyabrı – 2018-ci ilin aprelinin yeni iştirakçıları-partnyorları, GV6 və BV artımlarını növbəti səyahət kvalifikasiyası hesabına keçirmək imkanına sahibdir, yəni – GV6 və BV artımının yarısı (50%) növbəti Vision Voyage kvalifikasiya hesabında artım üzrə olan şərt qismində nəzərə alınacaqdır.

    VISION VOYAGE BALİ – BİRLİK MÜXTƏLİFLİKDƏDİR!