• 5
  • 5
  • 5
  • 4
  • 4
Biznes imkanları
Nə üçün Vision? Şəbəkə marketinqi Vision və MLM Liderlik Maliyyə imkanları
Əsas səhifə Biznes imkanları Şəbəkə marketinqi

Şəbəkə marketinqi

«İnsanın sağlamlığı onun nə yeməyindən deyil, onun nələri yemədiyindən asılıdır ", - nə vaxtsa Karl Renborq adlı gənc amerikalı alim belə bir qərar çıxarmışdı. Bu fikir öz müəllifinə şöhrət gətirdi. Məhz Karl Renborq dünyada qidaya ilk bioloji aktiv əlavəni kəşf etdi, bununla da öz dost-tanışlarını özünün ilk distribütoruna çevirdi. O deyirdi: "Bu preparatları öz dostlarınıza təklif edin, onlar bu məhsulları sizdən alandan sonra sizə komission faizi ödəyəcəyəm". Sxem özünü doğrultdu və 1934-cü ildə Karl Renborq şəbəkə marketinqi sistemi üzrə fəaliyyət göstərən ilk şirkəti yaratdı. Bir neçə ildən sonra bu şirkətin daha çox uğur qazanmış iki əməkdaşı - Riç De Voz və Cjey Van Endel - öz müəssisələrini qurdular. Belə bir biznesin ilk əleyhdarları da elə o zaman meydana çıxdı. ABŞ Ticarət komissiyası De Voz və Van Endeli qeyri-qanuni ticarət metoduna görə ittiham edirdi. Düz dörd il yaşamaq uğrunda mübarizə aparıldı. Bu mübarizə şəbəkə marketinqinin parlaq qələbəsi - onun leqal biznes elan edilməsi ilə başa çatdı. Sonra da çox güclü yüksəliş başladı. 1979-1983-cü illərdə 5 milyondan artıq kişi və qadın şəbəkə marketinqinə gəldi. Bu biznes strategiyasını tətbiq edən yüzlərlə şirkət meydana çıxdı. Hələ təcrübə formalaşmasa da, arzu və onun gerçəkləşəcəyinə sarsılmaz inam artıq var idi. Məhz bu inamın sayəsində bu gün «şəbəkə marketinqi» anlayışının arxasında müxtəlif bazarlarda ən müxtəlif əmtəə çeşidi ilə 50 illik uğurlu iş təcrübəsi durur.

Birbaşa Satış Assosiasiyasının (DSA) rəsmi statistikasına görə, hazırda dünyada şəbəkə marketinqinin əhatə etmədiyi bazar demək olar ki, qalmayıb.

Şəbəkə marketinqi ideyası sadə və dahiyanədir! Bu ideya istənilən bazarda, istənilən ölkədə istənilən məhsul ilə işləyir. Siz öz bəyəndiyiniz yaxşı məhsul və xidmətlər barədə başqalarına söhbət açırsınız. Siz öz məhsulunuzu təqdim edərkən şəxsi təcrübənizə əsaslanırsınız. Söhbət informasiyanın bir insandan o birisinə ötürülməsinin köməyilə bazarın yaradılmasından, yəni əsasən insanlar arasındakı ünsiyyət üzərində qurulan satış sistemindən gedir. İnsan münasibətləri - sistemin əsas hərəkətverici qüvvəsidir. Şəbəkə şirkətləri məhsulun reklamına milyonlar xərcləmir. Alıcı daha az pul ödəyir, üstəlik, fərdi məsləhət və sınanmış məhsul qazanır.

Siz şəbəkə marketinqinin xeyrinə seçim edərkən aşağıdakıları əldə edirsiniz:

Mağaza, anbar, icarə və d. nəyinsə gərək olmadığı şəxsi biznes qurmaq imkanı.
  • Sərt iş qrafiki olmayan biznes.
  • Böyük artım potensialı olan biznes.
  • Minimal sərmayənin maksimal yüksək gəlir gətirdiyi biznes.
  • Bir nəfərin uğurunda o birilərin də maraqlı olduğu psixoloji komfort mühiti olan biznes.
Ən başlıcası - şəbəkə marketinqi sizi sərt çərçivəyə salmır. Siz etibarlı əlavə qazancı da seçə bilərsiniz, ya da bu biznes ilə peşəkarcasına məşğul ola bilərsiniz. Öz iş qrafikinizi, gün rejiminizi və öz maaşınızı siz özünüz müəyyən edirsiniz. Bunları siz özünüz müəyyən edirsiniz, çünki, bu, - sizin biznesinizdir. Şəbəkə marketinqinin sizə etdiyi təklif - sizin və sizin doğmalarınızın həyatının əlavə etibarlılıq karkasını yaratmaqdır. Sizin bu biznesdə nə qədər iştirak edəcəyiniz - yalnız özünüzdən asılıdır.

MLM sənayesində 65 milyon nəfərdən çox adam məşğuldur.
Bütün şirkətlərin məcmu əmtəə dövriyyəsi 115 milyard ABŞ dollarından yuxarıdır və artmaqda davam edir.
Şəbəkə marketinqi müasir iqtisadiyyatın gerçəkliyi və onun ayrılmaz hissəsidir.
Ənənəvi şirkətlərin şəbəkə marketinqinə müraciəti - bu biznesin perspektivli olduğuna ən yaxşı sübutdur.
Bütün dünyada geniş mövcudluğuna baxmayaraq, şəbəkə marketinqinin əsl inkişafı təzə başlayır!