• 5
  • 4
  • 4
Biznes imkanları
Nə üçün Vision? Şəbəkə marketinqi Vision və MLM Liderlik Maliyyə imkanları
Əsas səhifə Biznes imkanları Nə üçün Vision?

Nə üçün Vision?

Bizi əhatə edən aləm daim dəyişir. Dəyişikliklər insan həyatının bütün sferalarına təsir göstərir və bununla hesablaşmaq lazım gəlir. Müasir sivilizasiya xeyli problem törədib: davamlı streslər, azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma, əlverişsiz ekoloji şərait bütün dünyada insanların sağlamlığına balta çalır. Davamlı olaraq dəyişən ekoloji gerçəklik insanın öz gələcəyinə inamsızlığını bu problemlərə əlavə edir. Daimi iş, konkret əmək haqqı, sosial müdafiə və sabitliyə zəmanət verən ənənəvi əmək iqtisadiyyatı bu gün süquta uğramaqdadır. Sizin işiniz sabitlik və maliyyə rifahını daha təmin etmir. Sabitlik zəmanətinin yoxluğu bütün dünyada davamlı iqtisadi meylə çevrilib.

Hətta siz özünüzə daimi və sabit görünən iş ilə təmin olunsanız belə, bu, sizin sevdiyiniz işlə məşğul olmağınız deməkdirmi? Əhalinin böyük əksəriyyəti sevdiyi ixtisas üzrə işləmir, öz işindən bezib, öz istedadını tam açmaq imkanından məhrumdur. Yaxşı təhsil, zəmanətli əmək haqqı ilə sevimli iş, dövlət qayğısı - bu gün heç yerdə heç kim buna heç bir zəmanət vermir. Yeni iqtisadiyyatda hər kəs özünə cavabdehdir. Bu şərt şəxsi biznesin təşkil edilməsinin mümkünlüyü barədə fikirlərə rəvac verir. Lakin ənənəvi biznesdə sizə bundan ötrü ilkin kapital, öyrədici personal, istehsal bazası, maliyyə investisiyaları və bir çox başqa şeylər gərək olacaq. Hətta əgər siz çoxdan gəlirlə işləyən biznesdə pay sahibi olmaq istəsəniz belə, sizə ən azı 100 min dollarlıq sərmayə qoymaq lazım gələcək. Bütün bu problemlərin həlli uğurun təminatçısı deyil: yeni şirkətlərin əksəriyyəti yarandıqdan sonrakı ilk 5 ildə artıq iflasa uğrayırlar. ABŞ-da 170 000 yeni şirkətə hər il 72 min müflisləşmiş şirkət düşür.

Müasir ənənəvi biznes - davamlı stress mənbəyidir. Bu sahənin adamları iş yeri uğrunda bir-birinə rəqibdirlər. Onların əksəriyyəti öz həyatını necə dəyişməyi, onu necə rəngarəng etməyi, alışdığımız bəşəri dəyərlər sistemini necə bərpa etməyi bilmədən həyat burulğanında kortəbii yaşayır. Siz əminsiniz ki, belə bir həyat tərzi sizin üçün münasibdir?
Yer üzündə milyonlarla adam şəbəkə marketinqi barədə artıq məlumatlıdır. Onların arasında yüz minlərlə adam artıq özü üçün Vision şirkətini seçib.

Vision - sərbəst seçim şirkətidir.
Özü üçün Vision şirkətini kəşf edən hər kəsin seçim imkanı var - öz pulunun qədrini bilərək, şirkətin məhsulunu endirimli qiymətlə almaq və ya bu yüksək keyfiyyətli məhsulu başqalarına təklif etməklə pul qazanmaq, yaxud öz ətrafına komanda toplamaqla öz işini təşkil etmək.

Şirkətin çoxillik tarixi boyunca minlərlə insan biznesdə heyrətamiz nəticələrə nail olaraq, öz maliyyə vəziyyətini möhkəmləndirərək Vision şirkətində parlaq karyera qurub.