• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar
Əsas səhifə Məhsullar Üstünlükləri

Üstünlükləri

Şirkət haqqında

Vision International People Group şirkəti Wellness sağlam həyat tərzi sənayesində dünya liderlərindən biridir. 20 ildən çoxdur ki, Şirkətin istehsal etdiyi sağlamlıq, gözəllik, uzunömürlülük, cavanlıq və gözəllik üçün məhsullar dünyanın 20-dən çox ölkəsində rəsmən təklif edilir.


Vision məhsullarının istehsalı

Vision şirkəti bütün məhsullarının yaranma prosesinə - formulun yaradılmasından və inqrediyentlərin axtarışından ta istehsalına, hazır məhsulların qablaşdırılmasına, saxlanılmasına və çatdırılmasınadək keçən prosesə tam nəzarət edir.
Bütün Vision məhsulları yalnız şirkətin ciddi tələblərinin tam siyahısına müvafiq olaraq istehsal edilir. İstehsalatın ekoloji cəhətdən təmiz bölgələrdə yerləşməsi, fabrikdə yüksək ixtisaslı kadrların çalışması, həmçinin bu istehsalatın dəqiq müəyyən edilmiş standartlar siyahısı üzrə sertifikatlaşdırılması həmin tələblərə aiddir. İstehsal üçün başlıca tələb GMP (ingilis dilindən tərcümədə Good Manufacturing Practice - gərəkli istehsalat praktikası deməkdir) sertifikatının olmasıdır.

Ətraflı...

Təbii mənbə

Məhsulun təhlükəsizliyi və ekoloji təmizliyi - Vision şirkətinin əsas iş prinsipidir. Şirkət bu prinsipə əsaslanaraq, istehsalatda istisnasız olaraq təbii və ekoloji təmiz xammaldan istifadə edir. Bu məqsədlə Vision ekoloji təhlükəsiz regionların monitorinqini aparır. Bu zaman mütəxəssislər havanın sıxlıq dərəcəsini, bitkinin dəniz səviyyəsindən hansı yüksəklikdə bitdiyini, havanın orta illik temperaturunu, rütubəti, ultra-bənövşəyi şüalanmanın intensivliyini, bitkinin bitdiyi ərazinin qütb cəhətlərinə nisbətdə müəyyən edilməsini, küləklərin səmtini nəzərə alırlar. Nəticədə Şirkət bu gün Vision məhsullarının istehsalı üçün xammalın hasil edildiyi ekoloji cəhətdən təmiz 75 bölgə seçib. BAƏ-lərin bitki komponentləri ilin müəyyən mövsümündə, bitkinin tərkibindəki faydalı maddələrin maksimal olduğu məqamlarda toplanılır. Müalicəvi bitkilərin şəfalı gücünü məhsullarda tam saxlamaqdan ötrü Vision innovasiyalı texnologiyalar, məsələn, kriodoğrama metodunu tətbiq edir. Bu üsul bioloji aktiv maddələrin mənimsənilməsini asanlaşdırır, bitkilərin faydalı xüsusiyyətlərini maksimal qorumağa, bunun nəticəsi olaraq, BAƏ-nin orqanizmə müsbət təsirini qüvvətləndirməyə kömək edir.

Ətraflı...

Məhsulun keyfiyyəti

Vision məhsulları müasir əczaçılıq istehsalı şəraitində və beynəlxalq keyfiyyət standartlarına müvafiq qaydada istehsal olunur, çoxpilləli keyfiyyət nəzarətindən keçir.
Vision BAƏ-lərinin əksəriyyəti aparıcı sahə institut, laboratoriya və klinikalarında, o cümlədən Rusiya Tibb Elmləri Akademiyasının Qida Elmi-Tədqiqat İnstitutunun, RTEA-nın N.N.Bloxin adına Onkologiya Elmi Mərkəzinin, Moskva Vilayəti Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun (MVMGETİ), Sankt-Peterburq P.F.Lesqaft adına Dövlət Fiziki Tərbiyə Akademiyasının bazasında sınaqlardan keçirilib. Analoji işlər Litvanın Səhiyyə Nazirliyinin nəzdindəki İctimai Sağlamlığa Dövlət Nəzarət Agentliyinin və Litva Tibb Elmləri Universitetinin iştirakı ilə də həyata keçirilir.
Vision məhsulları - mütəxəssislərin peşəkarlığı ilə təmin olunmuş, zamanın sınağından keçmiş, həm də istehlakçı və ekspertlərin çoxsaylı müsbət rəyləri ilə təsdiqlənmiş keyfiyyətdir. Mühüm fakt - Vision məhsullarının keyfiyyəti onun yayıldığı bütün ölkələrdə dəyişməz olaraq yüksəkdir. Vision məhsulları hər yerdə XXI əsrin məhsulu kimi etiraf edilir. 

Ətraflı...

Sertifikatlaşdırma nişanları

Vision məhsullarının istehsalına verilən əsas tələb - buraxılan məhsulun yüksək keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verən GMP sertifikatının mövcudluğudur. GMP sertifikatı o deməkdir ki, məhsul bəyan edilmiş inqrediyent tərkibinə müvafiq istehsal edildiyi və lazımi qaydada qablaşdırıldığı üçün yararlılıq müddəti boyunca onun bütün xüsusiyyətlərinin qorunmasına zəmanət verilir. Standartlar həmçinin istehsalat zamanı istifadə edilən materiallaradək, avadanlıq və xüsusi geyimədək ən xırda detalları, həmçinin fabrikdəki rütubətin səviyyəsini də nəzərə alır.
Vision öz təşəbbüsü ilə məhsulları əlavə sertifikatlaşmaya təqdim edir. O cümlədən, 2012-ci ildə könüllü sertifikatlaşdırma sayəsində Klassik Hit xəttinin məhsulları «İlin markası» sertifikatını alıb.

Ətraflı...