• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Təbii mənbə

Yerin bitki aləmi - dərman maddələrinin nəhəng, tükənməz xəzinəsidir. Geniş elmi resurslara malik Vision şirkəti bütün Yer kürəsində Vision məhsullarının tərkibinə daxil olan bitki komponentlərinin yetişdirilməsi üçün daha əlverişli olan bölgələrində ekoloji vəziyyətin müntəzəm monitorinqini keçirir. Mütəxəssislər havanın sıxlıq dərəcəsi, bitkinin dəniz səviyyəsindən hansı hündürlükdə bitməsi, həmin ərazidə havanın orta illik temperaturu, rütubət, ultrabənövşəyi şüalanmanın intensivliyi, ərazinin qütb cəhətlərinə nisbəti, küləyin intensivliyi və sürəti kimi parametrləri nəzərə alırlar. Toplanmış məlumatların əsasında regionların ekoloji pasportları tərtib edilir. Hər kapsulun, Şirkətin hər məhsulunun yaranma tarixi məhz regiona ekoloji pasportun verildiyi andan yazılmağa başlayır.

Mövsüm bitkilərin həyat qüvvəsinin qorunması üçün həlledici amil olduğu üçün bitki komponentləri yalnız ilin konkret fəslində toplanılır. Sonra canlı bitkilər məxsusi «eko-transportyorlara» yerləşdirilir və fabrikə çatdırılır. Vision bioloji aktiv əlavələrinin istehsalında tətbiq edilən nadir kriodoğrama (ingilis dilində «cryogringing» - xammalın aşağı temperaturlu mühitdə, neytral azot qazı atmosferində xırdalanması deməkdir) texnologiyası bitkinin həyat qüvvəsini məhv etmədən onun tərkibindəki komponentlərin faydalı xüsusiyyətlərini qorumağa imkan verir.

Vision şirkətinin bioloji aktiv əlavələri - təbii bitki xammalından yüksək texnologiya ilə emal edilən məhsullardır. Onların tərkibinə daxil olan fitokomponentlər - yaxşı məlum olan, vitamin və minerallar ilə optimal zənginləşdirilmiş dərman bitkiləridir.

Müasir elm və texnologiyaların sayəsində bitkilərdən məhz bizim üçün maraq doğuran effekti təmin edən biokimyəvi komponentlər, yəni bioloji aktiv maddələr (BAM) ayırd edilir. Onlardan saf, dəyişdirilməmiş formada BAƏ-lərdə istifadə edilir. Bizim məqsədimiz BAƏ-nin çox incə təsir mexanizmlərini xırdalıqlarınadək açmaq deyil, çünki belə informasiyanın qavranılmasından ötrü xüsusi bilik tələb olunur. Lakin bildirməyə borcluyuq ki, BAƏ-lərdəki bütün maddələr təbii, bitki mənşəlidirlər ki, bu da onların hər bir insan üçün dəyərini və aktivliyini artırır.

Şirkətin kosmetika məhsulları elm və təbiətin uğurlu alyansının təcəssümüdür: onların yaradılmasında 100% təbii aktiv inqrediyentlərdən və biotexnologiyanın - müasir elmin ən perspektivli istiqamətlərindən birinin nailiyyətlərindən istifadə edilib. Vision kosmetikası şirkətin novator yanaşmasının bütün üstünlüklərini özündə cəmləşdirir:

- yüksək aktivliyi və effektliyi ilə fərqlənən nadir təbii komponentlər ilə zəngindir;
- heyranedici rahiyələri təkrarsız buket kimi özündə toplayıb;
- elmi cəhətdən testləşdirilib;
- istifadə edilərkən sübuta yetirilmiş və hiss olunacaq effektə malikdir.