• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Bio-In

New Bio-In - "ağıllı" probitoiklərin yeni nəsli!

Yoğun bağırsaqda məskunlaşmış bir milyarddan çox canlı mikroorqanizml ümumilikdə insan orqanizminin mikrobiomunu (mikroflora) yaradır. Hər insanın xeyli ən müxtəlif mikroorqanizmlərdən ibarət öz şəxsi mikrobiomu var. Orqanizmin hər hücerəsinə on bakterial hüceyrə, hər geninə isə 100 bakterial gen düşür. İlk bakteriyalar yeni doğulmuş orqanizmə artıq elə doğuş yollarında düşür, sonralar isə bakteriya cəmiyyəti ömrünün sonunadək insanı tərk etmir. Yalnız onun növ tərkibi dəyişir.

Probiotiklər - insanın bağırsaqlarında məskunlaşan canlı mikroorqanizmlərdir. Onları həmçinin "dost", "faydalı" və ya "yaxşı" bakteriyalar adlandırırlar. Probiotiklər demək olar ki, bütün orqanizmə müsbət təsir göstərə bilirlər. Məhz buna görə də sağlamlığın dəstəklənməsindən söhbət düşəndə onlara lazımınca diqqət yetirmək lazımdır. Əbəs yerə «probiotik» kəlməsi yunan dilindən tərcumədə "həyat üçün" adlanmır ki.

Tam New Bio-In proqramını kurs kimi keçmək mikrobiomun büsbütün bərpa olunmasına kömək edir. Milyardlarla koloniya yaradan vahidlər kobiotiklər və prebiotiklər ilə qarşılıqlı fəaliyyət göstərərək, «yaxşı» (faydalı) bakteriyaların 90 %-nin sağ qalmasına zəmanət verirlər. Proqramın keçildiyi prosesdə qan hüceyrələri (eritrositlər, leykositlər və trombositlər) bərpa olunur ki, bu da orqanizmin hüceyrə səviyyəsində cavanlaşması ilə nəticələnir.

Yeni nəsil Bio-In orqanizmi hüceyrə səviyyəsində cavanlaşlaşdırır, hüceyrə metabolizmini normaya salır, qidalı maddələrin hüceyrələrə çatdırılmasını təmin edir, bağırsaq mikroflorasının sağlam balansını bərpa edir, biokimyəvi reaksiyaların zərərli məhsullarını xaric olunmasına yardım edir.

New Bio-In proqramının düzgün seçilmiş komponentləri həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir, hətta ən əlverişsiz mühitdə də canlı probiotik kulturaların sağ qalmasını və aktivliyini təmin edir.

New Bio-In proqramından istifadə üstün nəticələr verir - bu nəticələr balanslaşdırılmış mikrobiom, mədə-bağırsaq traktının təbii müdafiəsi, sağlam həzm və əntiqə əhval-ruhiyyədir.

Xüsusiyyətləri

  • Mikrofloranın balansını bərpa edir
  • Həzmi normaya salır
  • Orqanizmdə metabolizmi yaxşılaşdırır
  • İmmun sisteminin işini yaxşılaşdırır
  • Patogen bakteriyaların artmasının qarşısını alır
  • Antioksidantların hasilatına kömək edir
  • Allergen və toksinləri neytrallaşdırır
  • Bağırsaqların müdafiə maneəsini qüvvətləndirir

14 günlük Express proqramı sürətli effektə nail olmaq üçün məqsədyönlü təsirə malikdir. O, həzm pozuntularını aradan qaldırmaqla mikrofloranı bərpa edir.

28 günlük Fast Fix proqramı daha uzunmuddətli nəticə verir - mikrofloranın balansını bərpa edir və həzm funksiyalarını normaya salır. Bu, həm də həzmlə bağlı problemlərin qarşısının alınmasının və həzm sisteminin sağlamlığının dəstəklənməsinin gözəl üsuludur.

70 günlük kompleks proqrama bütün orqanizmin mikrobiomunun bərpa edilməsi, metabolizmin yaxşılaşdırılması və orqanizmin hüceyrə səviyyəsində cavanlaşması üçün «yaxşı» bakteriyaların tam dəstidir.

Siz özünüz üçün müxtəlif New Bio-In məhsullarından öz şəxsi tələbatınıza uyğun olaraq istənilən qədər seçərək, fərdi probiotik proqramını müstəqil seçə, həmin məhsulların təsir müddətini - iki həftə, bir ay, yüz gün və daha çox müəyyən edə bilərsiniz. Bütün New Bio-In məhsullarını ayrı-ayrılıqda da əldə etmək olar. 

Activico  peristaltika və  stulu yaxşılaşdırır, həmçinin probitoiklər üçün əla qidadır.
Cobioticonun tərkibindəki kobiotiklər iri qida hissəciklərini "yaxşı" (faydalı) bakteriyaların asanlıqla udduğu ən xırda hissəciklərədək parçalamağa kömək edir.
Digestico həzm traktının təmizlənməsinə kömək edir və orqanizmi sinbiotiklərin qəbuluna hazırlayır.
Immune care immun sistemini möhkəmləndirir, allergiyanın təzahürlərini azaldır və mikrofloranın balansını normaya salır.
Nutrition care mikrofloranın balansını və yaxşı həzmi dəstəkləyir.
Qadın sidik-cnsiyyət sisteminin sağlam mikroflorasının dəstəklənməsinə kömək edir.