• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

EnjoyNT Harpaqo-gel

EnjoyNT Harpago Gel
EnjoyNT Harpaqo-gel
Oynaqların müdafiəsi

EnjoyNT Harpaqo-gel oynaqlara sakitləşdirici, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Qanın axınını stimullaşdırır, maddələr mübadiləsi prosesini və limfanın cərəyanını yaxşılaşdırır. Kayen bibəri yumşaq isidici təsir göstərir və regenerasiyaedici xüsusiyyətlərə malikdir. Şeytan caynağı, yaxud ətirli martiniya isə ödemləri azaldır, iltihabı aradan qaldırır, oynaqlardakı ağrını götürür və onların mütəhərrikliyini qaytarır. EnjoyNT Harpaqo-gelin tərkibinə daxil olan yerbadamı yağı oynağın bərpa olunması və normal fəaliyyəti üçün zəruridir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
İnqrediyentlər, 1 tüb (80 ml)
Şeytan caynağı
Yerbadamı yağı
Qırmızı bibər ekstraktı

EnjoyNT Harpaqo-geldən istifadə etmək kimlərə vacibdir:
  • Oynaq xəstəliklərindən, o cümlədən orqanizmin yaş dəyişiklikləri və yaxud ağır fiziki yüklənmələr üzündən oynaq ağrılarından əziyyət çəkənlərə.
  • Aktiv həyat tərzi keçirən, yaxud peşəkar idmanla məşğul olan kəslərə.
  • Öz sağlamlığının qayğısına qalan, öz oynaq və əzələlərini məşqlərə hazırlamağa və məşqdən sonra isə onlara düşən yüklənməni yüngülləşdirməyə üstünlük verənlərə.
  • Bütünlükdə orqanizmin qocalmasının qarşısını almağı üstün tutan şəxslərə.
Oynaqlara kompleks təsirdən ötrü EnjoyNT BAƏ-si ilə birlikdə istifadə etmək məsləhət görülür.

EnjoyNT Harpaqo-geli bədən dərisinə (ilk növbədə oynaq nahiyələrinə) nazik qatla yaxmaq, sonra da dəriyə tam hopanadək yumşaq hərəkətlərlə massaj etmək məsləhət görülür. Fiziki yüklənmələrdən əvvəl və sonra istifadə etmək tövsiyə olunur.
  • Oynaqların və onurğa sütununun sağlam vəziyyətini dəstəkləyir, onları aktiv yüklənmələr zamanı müdafiə edir.
  • Birləşdirici toxumanı parçalanmaqdan qoruyur.
  • İltihabəleyhinə və ağrıkəsici təsirə malikdir.
  • Qığırdaq toxumasının parçalanmasının qarşısını alır və onun təbii təzələnməsini stimullaşdırır.
  • Oynaqlara mütəhərrikliyi və elastikliyi qaytarır, oynaqların səhər keyiməsindən qurtarır.
  • İdman məşğələlərindən sonra oynaqlardakı ağrını və ağırlığı aradan qaldırır.
  • Oynaq və əzələləri fiziki yüklənmələrə hazırlayır və idman zədələrinin qarşısını almağa kömək edir.
  • İstənilən yaşda aktiv həyat tərzi keçirməyə imkan verir.
  • EnjoyNT Harpaqo-gel - oynaqlara kompleks təsir baxımından şeytan caynağı ilə Kayen bibərinin ideal qovuşuğudur.
Buklet "EnjoyNT Harpaqo-gel" Bax Yüklə
Poster "EnjoyNT Harpaqo-gel" Bax