• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Nutrimaks+

Nutrimax+
Nutrimaks+
İltihabı aradan qaldırır, sidik-cinsiyyət sisteminin işini normaya salır

İltihab ovçusu Nutrimaks+ hüceyrə səviyyəsində təsir göstərərək, ilk növbədə sidik-cinsiyyət sistemindəki müxtəlif kəskin infeksion proseslərin öhdəsindən effektiv gəlir. Antiseptik, mikrobəleyhinə və diuretik təsir göstərir. Böyrəklərdən, sidik axarlarından və sidik kisəsindən qumun və xırda daşların yumşaq xaric olmasına yardım göstərir, onların yaranmasına mane olur. Sidik-cinsiyyət sistemi xəstəliklərinin gedişini yüngülləşdirir, sistemin fəaliyyətini yaxşılaşdırır.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - B qrupu və D vitaminlərinin, dəmirin əlavə mənbəyi olaraq tövsiyə edilir.

İnqrediyentləri 1 kapsula daxildir
Çin mələkotusu 31 mq
Virciniya qozu 31 mq
Adi ayıqulağı 31 mq
Kalsium26 mq
Maqnezium26 mq
PP vitamini18 mq
Dəmir7 mq
B5 vitamini 6 mq
B6 vitamini 1,65 mq
B2 vitamini1,6 mq
B1 vitamini 1,15 mq
B9 vitamini 0,2 mq
H vitamini 0,15 mq
D3 vitamini 5 mkq
B12 vitamini1 mkq

Nutrimaks+ qəbul etmək kimlərə vacibdir:

  • Zəif immunitet, orqanizmin tez-tez soyuqlaması üzündən sidik-cinsiyyət sistemi iltihablarından əziyyət çəkənlərə.
  • Zülal pəhrizi gözləyənlərə.
  • Sidik axarı sisteminin xroniki iltihab xəstəliklərinin kompleks terapiyasını keçənlərə.
  • Sidik-cinsiyyət sferasının infeksion xəstəliklərinin profilaktikası, həmçinin ödemlərin profilaktikası üçün hamıya. 
  • Sidik-cinsiyyət və immun sistemlərinin işini bərpa etməyin və dəstəkləməyin lazım gəldiyi hər kəsə.
400 mq-lıq 60 kapsul.

Böyüklərə gündə bir dəfə yemək vaxtı, üstündən su içmək şərtilə1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • İltihabəleyhinə və antibakterial effektə malikdir.
  • İnfeksion xəstəliklərin, o cümlədən sidik-cinsiyyət sistemi xəstəliklərinin yaranma riskini aşağı salır. 
  • Sidik-cinsiyyət sisteminin işini normaya salır. 
  • Sidik-cinsiyyət sistemi xəstəliklərinin profilaktikası zamanı effektlidir. 
  • Sidikqovucu təsir göstərir. 
  • Böyrəklərdən və sidik axarlarından qumun və xırda daşların yüngul xaric olmasına kömək etməklə yanaşı, yenilərinin yaranmasına mane olur. 
  • Uretrit və pielonefrit zamanı kömək edir.
  • Nutrimaks+ məhsuluna təkcə qabarıq sidikqovucu və iltihabəleyihnə aktivliyə malik bitki komponentləri yox, həm də damar divarlarını möhkəmləndirən, onların keçiriciliyini aşağı salan və antioksidant müdafiəsini təmin edən vitaminlər və minerallar da daxildir.
  • Sintetik diuretiklərdən fərqli olaraq, Nutrimaks+ məhsulundakı bitki komponentləri yumşaq təsir göstərir və həyat üçün mühüm elektrolitlərin balansına - kaliumun toplanma effektinə mənfi təsir göstərmir.

Buklet "Vision Classic Hit" Bax Yüklə
Buklet "Nutrimaks+" Bax Yüklə


Birlikdə effektlidir