• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Byuti

Beauty
Byuti
Daxildən əsl gözəllik

Byuti məhsulunun aktiv komponentləri yüksək bioçatımlığın sayəsində bilavasitə dərinin dərin qatlarına daxil olur. Byuti üzün rəngini yaxşılaşdırır, qırışları hamarlayır, dərini nəmləndirir, onun elastikliyini bərpa edir. Dərini dartır, qidalandırır və tarım çəkir. Kollagen və elastinin hasilatını stimullaşdıraraq, onun tarımlığını və sıxlığını yüksəldir. Hüceyrələri sərbəst radikalların məhvedici təsirindən və daxili stresdən müdafiə etməklə dərinin qocalma proseslərini ləngidir. Dəridəki qüsurlarla mübarizə aparır, qara nöqtələri, mikro iltihabları, üzün boğuq rəngini aradan qaldırır, genişlənmiş məsamələri daraldır. Dəri, saç və dırnaq hüceyrələrini təzələyir, regenerasiya proseslərini aktivləşdirir. Byuti sizin cazibədarlığınızı qüvvətləndirir və gözəlliyi uzun illər qorumağa kömək edir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - beta-karotinin, E və N (biotin) vitaminlərinin əlavə mənbəyi olaraq tövsiyə edilir.

İnqrediyentləri 1 kapsula daxildir
Keramidlər110 mq
Xiyarotu yağı100 mq
Buğda cücərtisinin yağı 100 mq
Treska balığının qara ciyərinin yağı50 mq
Sarı arı mumu39,18 mq
Soya lesitini30 mq
Metionin 25 mq
Beta-karotin5 mq
Üzüm sıxmasının ekstraktı5 mq
E vitamini4 mq
H vitamini25 mq
 
Byuti qəbul etmək kimlərə vacibdir:
  • Dərisinin, saçının və dırnaqlarının sağlamlğına diqqəti cəmləşdirən kəslərə.
  • Dərinin qocalma prosesini ləngitmək istəyənlərə. 
  • Saçın və dırnaqların strukturunu yaxşılaşdırmaq və möhkəmləndirmək istəyənlərə. 
  • Dərisi intensiv qulluq tələb edənlərə.
Böyüklərə gündə iki dəfə yemək vaxtı, üstündən su içmək şərtilə 1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • Dəri hüceyrələrini qidalandırır, üzün dərisini yaxşılaşdırır, qırışların hamarlanmasına kömək edir.
  • Dərini qurumaqdan qoruyur, kollagen və elastinin hasilatını stimullaşdıraraq, dərinin tarımlığını və sıxlığını artırır.
  • Dəri, saç və dırnaq hüceyrələrini təzələyir, regenerasiya proseslərini aktivləşdirir. 
  • Sərbəst radikalların məhvedici təsirindən müdafiə edir, bununla da dəri hüceyrələrinin qocalmasını ləngidir. 
  • Dəri səthindəki qüsurlar ilə effektli mübarizə aparır, qara nöqtələri, yağlı işıltını, mikroiltihabları, üzün boğuq rəngini aradan qaldıraraq dərini daxildən təmizləyir. 
  • Vaxtındanəvvəl yaş dəyişikliklərinin qarşısını alır.
  • Saçın və dırnaqların strukturunu yaxşılaşdırır, onları möhkəmləndirir.
Byuti kompleksinin aktiv inqrediyentləri kosmetik vasitələrdəki toksiki maddələrin təsirini neytrallaşdırır.

Balanslaşdırma və kompleks xüsusiyyətləri, həmçinin yüksək bioçatımlıq aktiv maddələrin bilavasitə dərinin dərin qatlarına - dermanın struktur elementlərinə nüfuz etməsinə imkan verir.

Üzüm ekstraktı - maddələr mübadiləsini normaya salan, yaş dəyişikliklərinin qarşısını almağa yardım edən, dərini daxildən effektli qidalandıran və müdafiə edən güclü antioksidantdır.

Buklet "Byuti" Bax Yüklə