• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Bisk

Beesk
Bisk
Orqanizmin sürətli bərpası

Bisk orqanizmin ümumi tonusunu və energetik statusunu bərpa edir, iltihabəleyhinə və tonusartırıcı təsir göstərir, orqanizmin infeksiyalara davamlığını artırır. Soyuqdəymə xəstəlikləri mövsümündə profilaktika və möhkəmləndirici vasitə kimi tövsiyə edilir, soyuqdəymə və qripin ilk əlamətləri özünü göstərən zaman effektlidir. Xəstəlik zamanı vəziyyəti yüngülləşdirir, xəstəliyin öhdəsindən tez gəlməyə və ağırlaşmalardan qurtulmağa kömək edir. Tənəffüs sisteminin funksiyalarını dəstəkləyir. Xəstəlikdən sonra tez özünə gəlməyə kömək göstərir. Fiziki və zehni iş qabiliyyəti aşağı düşdükdə istifadə edilir, yorğunluq və stressi dəf etməyə kömək göstərir, energetik mübadiləyə nəzarət edir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - yod, dəmir və sxizandrinin əlavə mənbəyi olaraq tövsiyə edilir.

İnqrediјentləri 1 kapsula daxildir
Çin limonotusu200 mq
Bərəmum ekstraktı50 mq
Arı südü10 mq
Dəmir5 mq
Yod25 mkq

Bisk qəbul etmək kimlərə vacibdir:
  • Heç olmasa, ildə iki dəfə: payızda və qışda soyuqdəymənin profilaktikası üçün bütün adamlara.
  • İmmuniteti zəif olanlara. 
  • Bronx-ağ ciyər sisteminin virus infeksiyalarına və xəstəliklərinə məruz qalan kəslərә. 
  • Xəstəlik mərhələsində - daha tez sağalmaq və ağırlaşmaların qarşısını almaq üçün hamıya. 
  • Böyük emosional və fiziki yüklənmələr hiss edənlərə, stress situasiyalarına məruz qalanlara.
350 mq-lıq 60 kapsul.

Böyüklərə gündə iki dəfə yemək vaxtı, üstündən su içmək şərtilə 1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • İmmun sistemini stimullaşdırır, orqanizmin infeksiyalara qarşı dözümünü yüksəldir.
  • Soyuqdəymə və qripin ilk əlamətləri zamanı effektlidir.
  • Xəstəlik zamanı vəziyyəti yüngülləşdirir, xəstəliyin öhdəsindən gəlməyə və ağırlaşmalardan qaçmağa kömək edir.
  • İş qabiliyyətini yüksəldir və tonusu dəstəkləyir, yorğunluğun və stressi dəf etməyə yardım göstərir.
  • Tənəffüs sisteminin funksiyalarını dəstəkləyir.
  • Zehni və fiziki yüklənmələrdən sonra, keçirilmiş xəstəliklərdən sonra orqanizmin sürətlə bərpa olmasına kömək edir.
  • Energetik mübadiləyə nəzarət edir.
Bisk məhsulunun bitki formulu qrip epidemiyası zamanı orqanizmi güclü dəstəkləyir, həmçinin daha tez sağalmağa yardım göstərir, keçirilmiş xəstəliklərdən sonra ağırlaşmalardan qurtulmağa kömək edir.

Digər immunmodullaşdırıcı məhsullardan fərqli olaraq, tərkibinə bərəmum ekstraktı daxil olan Bisk alışqanlıq yaratmır və onun zərərli təsiri yoxdur.

Bisk kompleksinin aktiv komponentinin - Çin limonotusunun tonuslaşdırıcı təsiri sinir hüceyrələrinin üzülməsi ilə müşayiət olunmur.

Buklet "Bisk" Bax Yüklə

Birlikdə effektlidir