• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Breyn-o-fleks

Brain-o-flex
Breyn-o-fleks
Beynin imkanlarını genişləndirir

Breyn-o-fleks kompleksinin komponentləri baş beyində mikro cərəyanı qüvvətləndirməklə onun hüceyrələrinin qidalı maddələr və oksigenlə təchizatını yaxşılaşdırır, təzyiqi normaya salmağa kömək edir, baş ağrısını və başgicəllənməni, qulaqlarda səs və uğultunu aradan qaldırır, şüuru aydınlaşdırır. Hətta «yatmış» hüceyrələri də işə qoşaraq, beynin səmərəli çalışan hüceyrələrinin miqdarını artırır. Nəticədə yaddaş yaxşılaşır, intellekt və diqqəti cəmləşdirmə yüksəlir, reaksiyanın itiliyi artır. Hüceyrələr parçalanmaqdan effektli müdafiə olunur, beynin qocalmasını ləngiyir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - E vitamininin, beta-karotinin, omeqa-3 tam doymamış yağ turşularının və flavonoidlərin əlavə mənbəyi kimi tövsiyə edilir.

İnqrediyentləri1 kapsula daxildir
Soya lesitini195,16 mq
Balıq yağı (omeqa-3 yağ turşuları, EPA/DHA 20/50)133,78 mq
Filqulağı15 mq
Nərəkimilərin toxum mayesi11,97 mq
E vitamini 5 mq
Beta-karotin2 mq

Breyn-o-fleks qəbul etmək kimlərə vacibdir:
  • Öz sağlamlığının qədrini bilənlərə, informasiya texnologiyaları və daimi streslər əsrində beynin və sinir sisteminin fəaliyyətini dəstəkləmək istəyən bütün insanlara.
  • İş fəaliyyəti böyük məsuliyyət, gərgin düşüncə prosesi, hədsiz yüklənmə, yaradıcı fəaliyyət və yaxud psixoemosional gərginlik ilə bağlı olanlara. 
  • Öz intellektual qabiliyyətini qüvvətləndirmək istəyənlərə. 
  • Beynin funksiyalarını yaxşılaşdırmaq və beyin hüceyrələrini parçalanmadan qorumaq istəyən kəslərə.
  • Baş ağrılarından, başgicəllənmədən, yüksək təzyiqdən, qulaqlarda səs və uğultudan əziyyət çəkənlərə. 
  • Stress, yorğunluq hiss edənlərə, doyunca yatmayanlara.
  • Sessiya zamanı diqqəti cəmləşdirməyi yüksəltmək və yaddaşı yaxşılaşdırmaq üçün tələbə və şagirdlərə.
  • Siqaret çəkənlərə, qəhvə və alkoqoldan hədsiz istifadə edənlərə. 
  • Ateroskleroza məruz qalanlara və öz damarlarını xolesterinin yüksək səviyyəsindən müdafiə etmək istəyənlərə.
410 mq-lıq 30 bitki kapsulu.

Böyüklərə gündə 1 dəfə, günün birinci yarısında, yemək vaxtı, üstündən su içmək şərtilə 1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • Zehni fəaliyyəti stimullaşdırır.
  • Yaddaşı yaxşılaşdırır və diqqəti cəmləşdirməni, intellektual qabiliyyətləri yüksəldir. 
  • Mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
  • Beyin hüceyrələrinin bərpa olunmasına kömək edir. 
  • Qan dövranını aktivləşdirir, beynin qocalma proseslərini ləngidir, yaddaşın yaş ilə əlaqədar zəifləməsinin qarşısını almağa və aydın düşüncəni qorumağa kömək edir. 
  • Təzyiqi normaya salır, baş ağrısını və başgicəllənməni, qulaqlarda səsi və uğultunu aradan qaldırır. 
  • Antiateroskleroz xüsusiyyətlərə malikdir. 
  • Hətta «yatmış» hüceyrələri işə salaraq beynin çalışan hüceyrələrinin miqdarını artırır.
  • Breyn-o-fleks məhsulunun komponentləri beyin hüceyrələrinin və sinir toxumalarının təmirində və bərpasında iştirak edir, sinir impulslarının ötürülməsini sürətləndirir.
  • Beyinin fəaliyyəti üçün Omeqa-3 TDYT ilə qüvvətləndirilmiş daha dolğun və balanslaşdırılmış «ağıllı» formulun zehni fəaliyyətin effektliyini dəstəklədiyi elmi cəhətdən sübuta yetirilib.
Buklet "Breyn-o-fleks" Bax Yüklə
Birlikdə effektlidir