• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

CardioDrive

 
CardioDrive

CardioDrive: tam sağlam ürək

Ürəyin fəaliyyətini dəstəkləyən preparatların gündəlik qəbulu müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını ala və ölüm hallarını təxminən 3 dəfə azalda bilər.

CardioDrive - ürək-damar sistemi üçün təmizlənmiş təbii xammaldan alınan çox sayda inqrediyentlərdən ibarət superməhsuldur. Tərkibinə konservantlar, qlüten və GMO qatılmamış komponentlər ən yaxşı mənimsənilən formada bu məhsulda toplanılıb. Bu, maksimal bioçatımlığa və effektə malik, istisnasız qüvvətli məhsuldur.

CardioDrive məhsuluna xolesterin ilə mübarizədə innovativ yanaşma da daxildir. Onun məqsədi xolesterinin səviyyəsini azaltmaq yox, aterosklerozu doğuran səbəblərə qarşı çıxmaqdır.

Ənənəvi ürək preparatları adətən baha olur, onların təsiri simptomlara düzəliş edilməsinə, yaxud bir neçə dar diapazonlu amilin aradan qaldırılmasına yönəldilir, onların zərərli təsirləri də var, halbuki CardioDrive naxoşluqların yaranma səbəblərini aradan qaldırır və zərərli effekt göstərmir.

İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar

İki kapsula yığılmış iki müxtəlif formalı komponentlər ürəyi maksimal sağlamlaşdırmaqla bir kapsulun bacarmayağı iki qat təsir göstərir. Bir kapsula suda həll olunan bərk qidalı maddələr daxil edilib. Digərinin tərkibində isə yağda həll olunan maye inqrediyentlər toplanıb. Qatılaşdırılmış qidalı maddələrin bu və ya digər növləri ürək-damar sisteminin sağlamlığının dəstəklənməsi üçün vacibdir.

Həm bərk, həm də maye tərkibli kapsulların tərkibindəki komponentlərin (jenşen, yaşıl çay) gümrahlaşdırıcı xüsusiyyətləri sayəsində onları günün başlanğıcında, yemək vaxtı, yaxud yeməkdən sonra çox miqdarda su ilə qəbul etmək lazımdır.

Tərkibi

Bərk inqrediyentlər: üzümün toz ekstraktı, çuğundur ekstraktı (5:1), yaşıl çay ekstraktı, sarımsaq tozu ekstraktı, jenjenin quru ekstraktı (Panax), yemişan yarpaq və çiçəklərinin ekstraktı, arcuna qabığının ekstraktı (5:1), adaçayı yarpağı ekstraktı, qara istiot ekstraktı.

Maye inqrediyentlər: kril yağı, kətan toxumunun yağı, Q10 koenzimi, A, D3, E vitaminləri. 

Əsas üstünlükləri

  • Arterial təzyiqi normaya salır
  • Qanı duruldur və onun cərəyanını yaxşılaşdırır
  • Qan damarlarının divarlarındakı iltihabın qarşısını alır
  • Qanın lipid profilini yaxşılaşdırır
  • Ürək əzələsinin fəaliyyətini optimallaşdırır
  • Ürək ritmini nizamlayır

Əlavə üstünlükləri

  • Təsiri qabarıq hiss olunan antioksidant təsir göstərir
  • Qanda şəkərin miqdarını aşağı salır
  • Mərkəzi sinir sisteminə ümumi sakitləşdirici təsir göstərir
  • Maddələr mübadiləsini sürətləndirir
  • Orqanizmi təmizləyir və qara ciyəri müdafiə edir
  • Həzmi yaxşılaşdırır
  • İmmun sistemini möhkəmləndirir

Yaşıl çayın tərkibindəki çoxsaylı maddələr hüceyrə membranlarını zədələnmədən müdafiə etməklə orqanizmdə sərbəst radikalların formalaşmasına mane olur, qan damarlarının spazmını azaldır, ürəyin işemik (koronar) xəstəliyi riskini azaldır.

Üzüm fitonutriyenti olan resveratrol arterial təzyiqi aşağı salır, damar divarlarının elastikliyini və möhkəmliyini artırır.

Jenşen insan orqanizmini psixi, fiziki və ətraf mühitin doğurduğu stresslərə qarşı sakitləşdirən adaptogendir.

Arcuna qabığının müntəzəm qəbulu ürəyin fəaliyyətini stimullaşdırır və tonuslaşdırıcı təsir göstərir. Qanın ürək boşluğundan axınını yaxşılaşdırdığı üçün ürək zəifliyi və xroniki ürək çatışmazlığı zamanı çox arzulanan effekt verir.

Qara istiot ekstraktı qanın bağırsaqlara axınını artırır və qidalı maddələrin sorulmasını aktivləşdirməklə onların mənimsənilmə faizini yüksəldir, onların bioçatımlılığını artırır.

Yemişan ürək-damar və mərkəzi sinir sistemi problemləri zamanı effektlidir. Kardiotonik vasitə kimi istifadə edilir. Ürək fəaliyyətinin funksional pozuntuları, ürək zəifliyi zamanı təyin edilir və neyronlar şəbəkəsində siqnalların ötürülməsini yüksəldir.

Kril yağının tərkibindəki Omeqa-3 tam doymamış yağ turşularının mənimsənilməsini yüksəldən fosfolipidlər ilə birləşir. Üstəlik, çox güclü antioksidant sayılan astaksantinin miqdarı da balıq yağına nisbətən kril yağının tərkibində 50 dəfə çoxdur. Kril yağının tərkibindəki eykozapentaen (EPK) və dokozageksaen (DGK) turşuları da ürək xəstəlikləri riski amillərini aşağı salmağa kömək edir, iltihabəleyhinə güclü təsir göstərir və infarkt, insult və ürək aritmiyası riskini aşağı salır.

Kətan toxumunun yağına tam doymamış yağ turşuları və B1, B2, C, E, A kimi vitaminlər daxildir.

Q10 koenzimi hüceyrələrin həyat fəaliyyəti üçün son dərəcə vacibdir. O, enerji hasilatını işə salan katalizatordur. O, yağların energetik yanması prosesini stimullaşdıraraq yağı enerjiyə çevirir. Qan dövranı sisteminin normal fəaliyyəti və ürəyin optimal işinin dəstəklənməsi üçün əvəzolunmaz elementdir. Yaş artdıqca orqanizimin Q10 koenzimi hasil etmək kimi təbii qabiliyyəti aşağı düşür, buna görə də onun çatışmazlığını bioloji aktiv əlavənin köməyi ilə aradan qaldırmaq lazımdır.