• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Kupers Neo

Cupers Neo
Kupers Neo
Qara ciyər hüceyrələrinin müdafiəsi, təmizlənməsi və bərpası

Əgər qara ciyərin funksiyaları pozulubsa, o, toksinləri zərərsizləşdirə bilmir və onlar qana daxil olub, bütün orqanizmə yayılaraq onu zəhərləyir və parçalayırlar. Kupers Neo qara ciyərin sağlamlığını qoruyur, onun funksiyalarını bərpa edir. O, qara ciyəri hərtərəfli dəstəkləyir: onun hüceyrələrini ehmallı təmizləyir, bərpa edir və müdafiə edərək, orqanizmin özünütəmizləmə funksiyasını işə salır. Ödün hasilatını və axmasını stimullaşdırır, onun yapışqanlığını azaldaraq daşların yaranmasına mane olur. Qara ciyər membranlarını möhkəmləndirir və onların zədələnməsinin qarşısını alır. Həzmi yaxşılaşdıraraq qara ciyərə düşən yüklənməni aşağı salır.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - oksikorid turşularının və flavoliqnanların mənbəyi olaraq tövsiyə edilir. Tərkibinə efir yağları daxildir.

İnqrediyentləri 1 kapsula daxildir
Xallı südotu 200 mq
Adi razyana100 mq
Ənginar50 mq

Kupers Neo qəbul etmək kimlərə vacibdir:

  • Qara ciyər xəstəliklərindən əziyyət çəkənlərə.
  • Alkoqol qəbul edən və siqaret çəkən kəslərə.
  • Müxtəlif pəhrizlərə riayət edən və nəticədə qara ciyərin funksional aktivliyi üçün rasionda çatışmayan zəruri qida maddələrinin yerinin doldurulmasına ehtiyac duyanlara. 
  • Müxtəlif xəstəliklər keçirmiş və sintetik əsaslı dərman vasitələri qəbul etmiş kəslərə. Bu kateqoriya qara ciyər hüceyrələrinin bərpası üçün Kupers Neo kompleksinə məxsusi ehtiyac duyur. 
  • Davamlı olaraq dərman preparatları qəbul edənlərə.
  • Öz sağlamlığının qayğısına qalanlara və heç olmasa, ildə iki dəfə: baharda və payızda qara ciyər xəstəliklərinin profilaktikasına ehtiyac duyanlara.
451 mq-lıq 60 kapsul.

Böyüklərə gündə iki dəfə yemək vaxtı, üstündən su içmək şərtilə 1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • Qara ciyərin funksiyalarını bərpa edir.
  • Qara ciyər hüceyrələrinin müdafiəsinə, təmizlənməsinə və bərpa olmasına kömək göstərir. 
  • Qara ciyərin detoksikasiya və antioksidant sistemlərinin aktivliyinin xeyli yüksəlməsinə kömək edir. 
  • Qara ciyər və ödaxarı yolları xəstəliklərinin yaranma riskini aşağı salır. 
  • Ödün hasil olmasını və axmasını stimullaşdırır, onun qatılığını aşağı salır, daşların yaranmasına mane olur. 
  • Həzm sisteminin işinin normaya düşməsinə kömək edir.
Kupers Neo məhsulunun tərkibi elə balanslaşdırılıb ki, qara ciyərin işinin hərtərəfli dəstəklənməsini təmin edir: ödün sintezini, onun ayrılmasını və xaric edilməsini yüngülləşdirir; ödün xüsusiyyətlərini yaxşılaşdırır, onun yapışqanlığını aşağı salır, öd turşularının qatılığını azaldır; qara ciyərin funksional vəziyyətinin yaxşılaşmasına kömək edir.

İstisna olaraq, hədəf kimi qara ciyərə təsir göstərən digər komplekslərdən fərqli olaraq, Kupers Neo həzm proseslərini normaya salmaqla həzm sisteminin ən əsas orqanına - qara ciyərə düşən funksional yüklənməni aşağı salır.

Buklet "Kupers Neo" Bax Yüklə

Birlikdə effektlidir