• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

LSBalans

LCBalance
LSBalans
Qanda xolesterinin səviyyəsini nizamlayır

Qanda «pis» xolesterinin həddən artıq yuxarı səviyyəsi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır, üstəlik, «yaxşı» xolesterin də orqanizmə çox lazımdır. Buna görə də «pis» və «yaxşı» xolesterinin balansını gözləmək bu qədər vacibdir. LSBalans «yaxşı» xolesterinin səviyyəsini aşağı salmadan «pis» xolesterini azaldır. Xolesterinin bağırsaqlardan sorulmasına mane olur, onun qanın axınına düşməsinə imkan vermir, həmçinin xolesterinin qara ciyərdə sintezini bloka salır. Damarları xolesterin düyünlərindən təmizlədiyi üçün ürək-damar xəstəliklərinin - aterosklerozun, hipertoniyanın, trombozun, infarkt və insultun inkişafına mane olur. Qanın keyfiyyətini yaxşılaşdırır, toxumaların oksigen və qidalı maddələr ilə təchiz olunmasını yaxşılaşdırır. Mərkəzi və periferik qan dövranı üçün faydalıdır.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Qidaya bioloji aktiv əlavə kimi - beta-sitosterinin mənbəyi olaraq tövsiyə edilir.

İnqrediyentləri 1 tabletə daxildir
Fitosterinlər400 mq
Qamış polikozanolları10 mq

LSBalans qəbul etmək kimlərə vacibdir:
  • Öz sağlamlığının qayğısına qalan və profilaktika məqsədilə xolesterinin səviyyəsini normada saxlamağa səy göstərən kəslərə.
  • Ürək-damar xəstəliklərindən və diabetdən əziyyət çəkənlərə. 
  • Rasional qidalanmaya riayət etməyənlərə, çəkisi artıq olanlara. 
  • Azhərəkətli həyat tərzi keçirənlərə. 
  • Siqaret çəkənlərə və alkoqol qəbul edənlərə. 
  • Vaxtındanəvvəl (xüsusən də qadınlar menopauza mərhələsində) yaş dəyişikliklərinin profilaktikasının qayğısına qalanlara.
1300 mq-lıq 30 çeynəmə tableti.

Böyüklərə gündə bir dəfə yemək vaxtı, üstündən su içmək şərtilə 1 kapsul qəbul etmək tövsiyə olunur.

Otaq temperaturunda (25°C-dən aşağı), quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il.
  • Qara ciyərdə «pis» xolesterinin hasilatının (daxili amil) qarşısını alır.
  • «Pis» xolesterinin həzm traktından çıxmasına (xarici amil) mane olur. 
  • Ürək-damar xəstəliklərinin: aterosklerozun, hipertoniyanın, trombozun, infarktın, insultun inkişafına mane olur. 
  • Damarlarda mikrosirkulyasiyanı yaxşılaşdırır.
  • Qanın keyfiyyətini yaxşılaşdırır, toxumaların oksigen ilə təchizatını yaxşılaşdırır.
  • Trombların yaranmasına mane olur. 
  • Mərkəzi və periferik qan dövranı üçün effektivdir.
Yalnız «pis» xolesterinin xarici amilini aşağı salan əsas sintetik vasitələrdən fərqli olaraq, LSBalans məhsulunun təsir mexanizmi kompleks təsir göstərdiyi üçün nadir sayılır. Qamış polikozanolları qara ciyərdə «pis» xolesterinin hasilatının qarşısını kəsir, fitosterinlər isə onun həzm traktından çıxmasına mane olurlar.

LSBalans qanda xolesterinin lazımlı balansını effektli dəstəkləyir və insan sağlamlığı üçün təhlükəli ola bilən aşağı xolesterinli pəhriz problemini həll edir.

Sintetik hipolipidemik vasitələrdən fərqli olaraq, qamış polikozanolu qara ciyərə mənfi təsir göstərmir və damarlara müsbət təsir göstərməyə qabildir.

Fitosterinlərin nadir effekti ondan ibarətdir ki, onlar qanda «pis» xolesterinin səviyyəsini sadəcə aşağı salmırlar, həm də artıq yaranmış düyünləri əridirlər.
Buklet "LSBalans" Bax Yüklə
Birlikdə effektlidir