• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Yunior Bi Stronq

Junior Be Strong
Yunior Bi Stronq
Enerji mənbəyi

Yunior Bi Stronq məhsulunun tərkibinə energetik statusu dəstəkləmək üçün təbii komponentlər, bir də uşağın normal böyüməsini və inkişafını təmin etmək üçün B qrupu vitaminləri daxildir. Bal, arı südü, qatılaşdırılmış albalı şirəsi, qlükoza siropu gözəl enerji mənbəyidir və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. B1 vitamini qəbul edilmiş karbohidratların mübadilə prosesini nizamlamağa kömək edir, həmçinin sinir sisteminin inkişafı və ürəyin fəaliyyətinin normaya salınması üçün zəruridir. B2 vitamini saçın, dırnaqların, sümüklərin böyüməsini və möhkəmlənməsini stimullaşdırır. Kalsium və fosforun yaxşı mənimsənilməsi üçün kompleksin tərkibinə D3 vitamini daxildir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Uşaqlar üçün qidaya bioloji aktiv əlavə kimi – B1, B2, B6, D3 vitaminlərinin əlavə mənbəyi olaraq tövsiyə edilir.

İnqrediyenləri 1 tübə (15 q) daxildir
Bal1200 mq
Qatılaşdırılmış albalı şirəsi 300 mq
Arı südü100 mq
В1 vitamini 0,9 mq
В2 vitamini1 mq
В6 vitamini 1,3 mq
D3 vitamini2,5 mkq

Yunior Bi Stronq qəbul etmək kimlərə vacibdir:
  • Dolğun böyümək və inkişaf üçün bütün uşaqlara.
  • Maddələr mübadiləsini və orqanizmin energetik statusunu dəstəkləməyin lazım gəldiyi uşaqlara.
6 yaşından yuxarı uşaqlara həftədə 2 dəfə (3 gündə 1 dəfə) gündə 1 pors (1 tüb) yemək vaxtı qəbul etmək tövsiyə edilir.

Qəbul müddəti — 1 ay.

Otaq temperaturunda (25°C-dən yuxarı olmamaq şərtilə) quru, uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: bax: qablaşdırmada.
  • Bağırsaqların düzgün çalışmasını təmin edir.
  • Uşağın enerjisini artırır.
  • Sümüklərin, əzələ və sinir sisteminin düzgün inkişafını dəstəkləyir.
  • Qanda şəkərin səviyyəsini nizamlayır.
Karbohidratların çox olmasının sayəsində Yunior Bi Stronq uşağı uzun müddət enerji ilə təmin edir və maddələr mübadiləsini yaxşılaşdırır.

Yunior Bi Stronq kompleksinin tərkibindəki B qrupu vitaminləri uşaq orqanizminin, xüsusilə də sinir sisteminin düzgün inkişafının və böyüməyinin qayğısına qalır.

Yunior Bi Stronq kompleksində dolğun inkişaf üçün zəruri olan hər şeyi böyüyən orqanizmə vermək üçün tarazlaşdırılıb.
Poster "JuniorHit" bax yüklə
Booklet "JuniorHit" bax yüklə
Broşura "JuniorHit" bax yüklə