• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Vision Skincare

VISION Skincare: əbədi gənclik

Yaşımız artdıqca bizim dərimiz ətraf mühitin əlverişsiz amilləri üzündən müxtəlif (bioloji və mexaniki) dəyişikliklərə məruz qalır. Əgər dəridəki bioloji dəyişikliklərinin qarşısını müvəqqəti almaq mümkündürsə, mexaniki dəyişikliklər demək olar ki, labüddür.

VISION Skincare - dərinin cavanlaşmasına kömək edən eksklüziv, yaşlanma əleyhinə kosmetika xətti olub, minimum səy göstərməklə maksimal effektli nəticə verir. O, dərinin yaş dəyişiklikləri ilə bağlı səbəblər və fəsadlar ilə mübarizə aparmaq üçün araşdırılıb. Skincare xəttinə daxil olan üz dərisinə qulluq üçün yüksək keyfiyyətli kosmetik vasitələr onu ətraf mühitin, təhlükəli UB-şüaların və sərbəst radikalların neqativ təsirindən müdafiə edir, dəridə təbii kollagenin və elastinin hasilatını stimullaşdıraraq qırışların sayını azaldır, dərinin elastikliyini və tarımlığını artırır, onun təbii parlaqlığını qoruyur, dərini nəmləndirir və onu ən zəruri faydalı elementlər ilə zənginləşdirir.

Gövdə hüceyrələri

Yeni kosmetika xəttinin bütün məhsullarının tərkibində dərinin yaş dəyişikliklərinin qarşısının alınmasında aparıcı rol oynayan bitki mənşəli gövdə hüceyələri var. Gövdə hüceyrələri - orqanizmdə çox miqdarda gövdə hüceyrəsi hasil etmək məqsədilə ayrı-ayrı hüceyrə qruplarına bölünə bilən universal bioloji hüceyrələrdir. Onlar qeyri-məhdud sayda yeni sağlam hüceyrələrə bölünərək bir çox toxumalarda daxili bərpaedici sistem rolunu oynayırlar.

VISION Skincare məhsullarında istifadə edilən bitki mənşəli PhytoCellTec™ nunatak® gövdə hüceyrələrinin tərkibində yetkin yaşlı insanın gövdə hüceyrələri faktorlarına oxşar epigenetik faktorlar mövcuddur.

Ultradense® texnologiyası

VISION şirkətinin yaratdığı və patentləşdirdiyi Ultradense® texnologiyası kosmetika vasitələri üçün krem emulsiyasının dərinin dərin qatlarına daha yaxşı nüfuz edən kiçik nanohissəciklərə bölünməsi üçün ultrasəsdən istifadə olunmaqla ultrasıxlıqlı emulsiyalar hasil etməsinə imkan verir. Bu üsulla hazırlanmış krem 5-7 dəfə daha sıx (adi 2000-2500 nm əvəzinə 500 nm) və daha yekcinsdir.
Ultradense® sayəsində kremin teksturu sıxlaşır, eyni zamanda heç bir qalıq hissi, məsələn, yağlılıq və yapışqanlılıq hissi yaranmır, onun komponentlərinin keyfiyyət xüsusiyyətlərinin qorunması üçün isə konservantlar tələb olunmur. Bu texnologiya kremin hopmasını sürətləndirir, dərinin nəmlənməsini, qidalı və faydalı maddələrin dəri hüceyrələrinə çatdırılmasını təmin edir, istifadə edilən kremi qənaətlə işlətməyə imkan verir.

EBA

Bizim inqilabi kosmetika xəttimizin daha bir mühüm hissəsi hüceyrələr arasında qidalı maddələrin daşıyıcısı olan zülal - epidermal böyümə amilidir. O, hüceyrələrin böyüməsini və bərpasını stimullaşdırmaqla dərinin təzələnmə proseslərinin aktivləşməsi üçün hasilatını qüvvətləndirir. Bundan başqa, EBA günəşin zərərli təsirinin qarışsının alınqmasına kömək edir, qırışları hamarlayır, dərinin elastikliyini və tarımlığını artırır.

Biopeptidlər

VISION Skincare məhsulları həm də biopeptid - qocalmaya qarşı aparıcı komponentlər ilə zəngindir. Bu bioloji aktiv maddələr zülalın kimyəvi cəhətdən dəyişmiş fraqmentləridirlər. Biopeptidlər əzələlərin yığılmasının bloka salınmasına kömək edir, qırışların meydana çıxmasının qarşısını alır və onların sayını azaldır, dərinin strukturunu yaxşılaşdırır, onun tonusunu artırır.
VISION Skincare kosmetologiya sahəsində nou-haunu - bir çox faydalı maddələr, xüsusilə kalsium və kreminium mineralları ilə zəngin, Asiya bitkisi olan yumru konyak (konjak) bitkisindən hazırlanan konjak sponjlarını təqdim edir.
Night cream
Möhtəşəm teksturlu bu krem nəmin udulmasını qüvvətləndirir, toksinlərin xaric olmasına kömək edir, dərini qidalandırır və bərpa edərək ona parlaq və məxməri görkəm verir.
Eye Cream
İntensiv nəmləndirici yaşlanma əleyhinə krem təkcə şişkinliyi aradan qaldırmağa kömək etmir, həm də xırda qırışları aradan qaldıraraq, dərinin zahiri görünüşünü yaxşılaşdırır.
Day cream
Bütün dəri tipləri üçün araşdırılmış bu nəmləndirici krem onun müdafiə funksiyalarını dəstəkləyir, bütün gün ərzində qidalanma və nəmləndirməni təmin etməklə dərinin nəmi qoruma qabiliyyətini gücləndirir, onu yayda və qışda UFA/UFV-dan müdafiə edir.
VISION Hand&Nail Therapy – gündəlik istifadə üçün uyğun gələn, dırnaqlara və əllərin dərisinə ehtiyatlı qulluq üçün yumşaldan kosmetik vasitəsidir. Tərkibi təbii fəal maddələrlə zəngindir. Yüksək effektivli təbii komponentlərlə təqdim olunan innovasiyalı formula ətraf mühitin zərərli təsirindən və yaş dəyişikliklərindən gündəlik müdafiəyəsinə zəmanət verir.
Face Mask
C vitamini inkapsullaşdırılmış maska dərini ehmallı təmizləyir, qidalandırır və yorğun dəriyə təravət bəxş edir, antiseptik effekt göstərir.
Serum
Gündəlik istifadə üçün nəzərdə tutulmuş bu zərdab iltihab və qıcıqlanmanın qarşısını alaraq, onu qidalı maddələr ilə zənginləşdirərək, dərinin əlavə müdafiəsini təmin etməsi sayəsində qırışlar nəzərəçarpacaq qədər azalır, dəri isə tarımlanır və şəfəq saçır.