• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Gündüz kremi

Day cream
Gündüz kremi
Bütün dəri tipləri üçün araşdırılmış bu nəmləndirici krem onun müdafiə funksiyalarını dəstəkləyir, bütün gün ərzində qidalanma və nəmləndirməni təmin etməklə dərinin nəmi qoruma qabiliyyətini gücləndirir, onu yayda və qışda UFA/UFV-dan müdafiə edir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Hər səhər kremi yaxşı təmizlənmiş üz, boyun və dekolte zonasının dərisinə barmaqlarınızın ucu ilə ehmalla yaxın. Çalışın ki, krem gözətrafı nahiyəyə toxunmasın. Maksimal effekt əldə etmək üçün VISION Skincare yaşlanma əleyhinə zərdab ilə birlikdə istifadə edin. Əgər qıcıqlanma verərsə, kremdən istifadəni dayandırın.

Tərkibi (SPF20): su, birillik günəbaxan toxumunun yağı (Helianthus annuus), etilheksilmetoksisinnamat, qliserin, butilenqlikol kokoat, homosalat, butil metoksidibenzoilmetan, etilheksil triazon, dimetikon, qliserilstearat, setil spirti, etilheksil metoksikrilen, kallus kulturalı (PhytoCellTec™ nunatak®) cırtdan sabunotu (Saponaria pumila) ekstraktı, palmitoil tetrapeptid-1, asetil heksapeptid-8, palmitoil tetrapeptid-7 (biopeptid kompleksi), nikotian bentamian heksapeptid-40 ş-oliqopeptid-1 (EBA), lesitin, polietilenqlikol-75 stearat, fenoksietanol, natrium-poliakrilat, izomalt, ksantan kamedi, stearet-20, xlorfenezin, setet-20, ətirləndirici, tokoferol, skvalen, beta-sitosterol, butilenqlikol, karbomer, kaprilil qlikol, polisorbat-20, fosfat duzlu bufer məhlulu, limonen.

Tərkibi (SPF30): su, etilheksilmetoksisinnamat, homosalat, butil metoksidibenzoilmetan, qliserin, etilheksil triazon, dimetikon, butilenqlikol kokoat, qliserilstearat, setil spirti, etilheksil metoksikrilen, kallus kulturalı (PhytoCellTec™ nunatak®) cırtdan sabunotu (Saponaria pumila) ekstraktı, lesitin, asetil heksapeptid-8, palmitoil tetrapeptid-1, palmitoil tetrapeptid-7 (biopeptid kompleksi), nikotian bentamian heksapeptid-40 ş-oliqopeptid-1 (EAR), izomalt, PEQ-75 stearat, ksantan kamedi, fenoksintanol, natrium-poliakrilat, stearet-20, xlorfenezin, setet-20, ətirləndirici, butilenqlikol, karbomer, kaprilil qlikol, polisorbat-20, fosfat duzlu bufer məhlulu, limonen.
  • Qırışların yaranmasının qarşısını alır
  • Dərinin tarımlığını və elastikliyini artırır
  • SPF20 və yaxud SPF30 sayəsində UFA və UFV-dən müdafiə edir
  • Uzunmuddətli nəmlənməni təmin edir
  • Dəri hüceyrələrinin bərpasını sürtlndirir
  • Sərbəst radikallardan müdafiə edir
  • Kollagen və elastinin hasilatını stimullaşdırır
  • Üz dərisinin rəngini açır
Dərinin vaxtından əvvəl qocalma hallarının 90 %-nə günəş şüaları səbəb olur. Dəriyə zərər vurmaqdan ötrü günəş altında cəmi 20 dəqiqə qalmaq kifayətdir. UB şüalarının təsiri altında orqanizmdə sərbəst radikalların sayının sürətlə artması dəri hüceyrələrinin zədələnməsinə səbəb olur ki, bu da son nəticədə qocalma proseslərini sürətləndirir.

VISION Skincare gündüz kremi iki növdür: dəriyə qış və yay qulluğu üçün. Məlumdur ki, dərinin yay və qış tələbatları bir-birindən fərqlənir. Qışda küləyin qurutduğu dərinin qidalanması və bərpası üçün qatılığı daha sıx olan kosmetika gərəkdir. Yayda isə, əksinə, dəri yağlanma hissi yaratmayan yüngül və yumşaq teksturlu kosmetikaya ehtiyac duyur.

Gündüz kremi dərinin günəş radiasiyasından müdafiəsi üçün idealdır. Onun tərkibinə UB şüalarına qarşı SPF30 (yay üçün ) və yaxud SPF20 (qış üçün) əsas qoruyucu faktoru ilə ən yaxşı aktiv komponentlər daxildir.