• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Gecə kremi

Night cream
Gecə kremi
Möhtəşəm teksturlu bu krem nəmin udulmasını qüvvətləndirir, toksinlərin xaric olmasına kömək edir, dərini qidalandırır və bərpa edərək ona parlaq və məxməri görkəm verir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Hər axşam kremi barmaqlarınızın ucu ilə yaxşı təmizlənmiş üz, boyun və dekolte zonasının dərisinə yaxın. Gözətrafı dəriyə yaxmaqdan çəkinin. Maksimal effektə nail olmaqdan ötrü VISION Skincare yaşlanma əleyhinə zərdab ilə birlikdə istifadə edin. Əgər qıcıqlanma yaranıbsa, daha istifadə etməyin.

Tərkibi: su, qliserin, kallus kulturalı (PhytoCellTec™ nunatak®) cırtdan sabunotu (Saponaria pumila) ekstraktı, lesitin, palmitoil tetrapeptid-1 (biopeptid), palmitoil tetrapeptid-7 (biopeptid), nikotian-bentamian heksapeptid-40 ş-oliqopeptid-1 (EBA), asetil heksapeptid-8 (biopeptid), fenoksietanol, ksantan kamedi, izomalt, fosfat duzlu bufer məhlulu, xlorfenezin, PEQ-40 hidrogenizinə olunmuş gənəgərçək yağı, qıvrım xondrus tozu (Chondrus crispus), ətirləndirici, butilenqlikol, limon turşusu, karbomer, kaprilil qlikol, natrium-benzoat, polisorbat-20, CI 42090.
  • Qırışların yaranmasının qarşısını alır
  • Uzunmuddətli nəmlənməni təmin edir
  • Dərinin tarımlığını və elastikliyini yüksəldir
  • Dərini yumşaldır və qidalandırır
  • Dəri hüceyrələrini isti stressindən müdafiə edir
  • Vaxtından əvvəl qocalmanın qarşısını alır
  • İsveçrənin Alp dağlarının buzlaq sularından istifadə edilməklə hazırlanıb.
Gecə orqanizm xeyli nəm itirir, lakin VISION Skincare gecə kremindən istifadənin sayəsində dəri həmişə nəm və yenilənmiş kimi görünür.

Gecə kremi İsveçrə Alp dağlarının ərimiş buzlaq sularının (buzlaq 3658 m yüksəklikdə yerləşir) əsasında istehsal edilir. Bu su təbii təmizlənmə proseslərindən keçir və onun tərkibində xeyli faydalı element var. Buzlaq suyu təmiz sıxılmış hidrogen oksidi kürəcikləri yaradan liposom şəklində inkapsullaşdırılıb.

Dərinin müxtəlif təbəqələrində sunun miqdarı dərin qatlardan üst qata doğru 80-13% arasında dəyişir. Yalnız liposomlar suyun dərinin dərin qatlarına sorulmasını təmin edir və uzunmuddətli nəmləndirici effekt verir.