• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Bitki çayları

Vision bitki çayları - Litvanın qoruq guşələrindən toplanmış ekoloji təmiz bitkilərdən və çiçək-giləmeyvə inqrediyentlərindən hazırlanmış təbii içkilərdir. Reseptlərin araşdırılma prosesində müalicəvi bitkilərin təkcə faydalı xüsusiyyətləri deyil, həm də onların içkiyə verə biləcəyi dad və ətir də nəzərə alınıb. Nəticədə Vision çayları təkcə qabarıq sağlamlaşdırıcı effektilə deyil, həm də istisna olaraq xoşagələn dad və ətir buketi ilə də fərqlənirlər.

Vitaminlərin, mikroelementlərin və bioloji aktiv maddələrin yüksək miqdarı sayəsində Vision bitki çayları - sağlamlığa, gümrahlığa, əntiqə əhval-ruhiyyəyə, yüksək energetikaya, həyat dözümünə və ətraf mühitin əlverişsiz amillərinə qarşı çıxmaq qabiliyyətinə doğru təbii yoldur.
Tea for Him
Energetik, gümrahlaşdırıcı fitokomponentlər ilə zəngin qara çay - hər bir kişi üçün uğurlu və məhsuldar günün dəyişməz rəhnidir! Çay zehni və fiziki iş qabiliyyətini stimullaşdırmaq qabiliyyətinə malikdir, həmçinin ürəyin və damarların sağlamlığını qoruyur.
Generation Y Mommy
Məxsusi olaraq süd verən analar üçün icad edilib: ana südünün əmələ gəlməsini stimullaşdırır, onun keyfiyyətini xeyli yaxşılaşdırır, südəmər körpələrdə ağrılı sancıların və meteorizmin qarşısını alır.
Wild rose and thyme
C vitamini ilə zəngin kəkotu və dərgil meyvəsi iltihab proseslərinin inkişafına mane olur, orqanizmin müdafiə qüvvələrini stimullaşdırır, həmçinin zərərli bakteriyaların məhv olmasına kömək edir.
Lemongrass green tea
Təravətləndirici və tonuslaşdırıcı antioksidant çayı sərbəst radikalların dağıdıcı təsirini neytrallaşdırır, toksinləri orqanizmdən çıxarır, həmçinin qocalma proseslərini nəzərəçarpacaq dərəcədə ləngidir.
Hibiscus and wild berries
Əsas təsiri ürək-damar sisteminin nizamlı işinə yönəldilmiş ətirli çay ürək və damarların sağlamlığını çox yaxşı dəstəkləyir. Flavonoid və polisaxaridlər ilə zəngin çay qan damarlarının divarlarını möhkəmlədir, onların keçiriciliyini aşağı salır və trombların yaranmasına mane olur.
Tea for Her
Məxsusi olaraq gözəl cinsin nümayəndələri üçün yaradılmış çay əntiqə təravətləndirir, cavanlaşdırır və gözəlliyi qoruyur. Çayın müntəzəm qəbulu çəkinin aşağı düşməsinə və vücudun qamətini qorumağa kömək edir.