• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Cenereyşn Uay Mommi

Generation Y Mommy
Cenereyşn Uay Mommi
Məxsusi olaraq süd verən analar üçün icad edilib: ana südünün əmələ gəlməsini stimullaşdırır, onun keyfiyyətini xeyli yaxşılaşdırır, südəmər körpələrdə ağrılı sancıların və meteorizmin qarşısını alır.

Bu bitki çayı iltihabəleyhinə, antiseptik və spazmolitik təsirə malikdir. Çay öz zəngin tərkibi sayəsində hətta gənc anaların qüvvəsini bərpa etməyə və onların əhval-ruhiyyəsni qaldırmağa da qabildir!
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Gənc ananın orqanizminin heç vaxt olmadığı qədər vitaminlərə, düzgün balanslaşdırılmış rasiona və mütləq surətdə - ləzzətli və faydalı içkiyə ehtiyacı var. Vision Generation Y Mommy çayı – öz növündə uşaq yedizdirmə dövründə qadınlarda laktasiyanı artırmağa kömək edən unikal ot çayıdır.

Tərkibi:
 
Razyana toxumları, cirə meyvələri, roybos, moruq yarpaqları, spirulin, güldəfnə toxumları, məkkəgülü çiçəkləri. 

Buraxılış forması: 
2 qramlıq 22 paket. 

Hazırlanma qaydası: 
Çay paketinin üstünə qaynar su alır və 3-5 dəqiqə dəmləyirlər.
Həyatının ilk aylarında körpənin daha çox qayğıya və düzgün qidalanmaya ehtiyacı var, bunun da ideal variantı ana südüdür. O, körpəni xəstəliklərdən qoruyur, ona daha yaxşı böyüməkdə və inkişaf etməkdə kömək edir, immuniteti möhkəmlədir, allergik reaksiyaların tezliyini azaldır və hətta sosial uyğunlaşmasını (adaptasiyasını) yaxşılaşdırır. 

Yeni çay təkcə uşaq yedizdirən analar üçün deyildir, bu demək olar ki, universal qadın içkisidir. Generation Y Mоmmy ağır iş günündən sonra güc verir, sağalma dövründə bərpa olunmağa kömək edir, immunitetin yüksəldilməsinə və orqanizmin möhkəmlənməsinə kömək edir, bağırsaq mikroflorasının normallaşmasına təsir edir. 
Çayın tərkibinə razyana daxildir – bu süd verən qadınların rasionuna olan effektiv əlavədir. Bitkinin meyvələrini və efir yağını meteorizmin qarşını almaq üçün istifadə edirlər, o cümlədən ənənəvi “uşaq” vasitəsi olan şüyüd suyunun tərkibinə də istifadə olunur. Bundan başqa razyana həzmi yaxşılaşdırır və normal çəkini “dəstəkləməkdə” hüceyrələrə kömək edir, artıq kiloqramları yığmağa imkan vermir. Çayın digər inqrediyenti – cirə (anis) iltihab əleyhinə, antiseptik, spazmolotik, keyləşdirici xüsusiyyətlərə malikdir və işlətmə dərmanı kimi təsir edir. Cirənin meyvələri mədə-bağırsaq traktının sekretor funksiyasını artırır, bağırsağın hamar əzələlərinin spazmlarını azaldır. Ən əsası isə - süd vəzilərinin sekresiyasını artırır və uşaqlığın motor funksiyasını stimullaşdırır. 

Roybos (Afrika “qırmızı kolu”) qədimdən bəri yorğunluq, baş ağrıları, öyümə (ürək bulanması), qıcqırma zamanı kömək edən içkinin hazırlanması üçün istifadə olunur, antibakterial xüsusiyyətlərə malikdir və immun sistemini möhkəmləndirir. Roybos dəmirlə zəngindir – onun istifadəsi anemiya üçün yaxşı profilaktika ola bilər. Moruqun yarpaqları – kalsium, sink, dəmir, natrium, yod, B vitaminləri kompleksi, o cümlədən pantoten turşusu (B5 vitamini) ilə zəngindir. Spirulina mikroyosunu – bu əsl qiymətli qida maddələri kolleksiyasıdır və tamamilə təbii zülalların əsas mənbələrindən biridir. Spirulinada 18 növ amin turşusu vardır, o,vitaminlər və mikroelementlərlə zəngindir.