• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Limonotu ilə yaşıl çay

Lemongrass green tea
Limonotu ilə yaşıl çay
Təravətləndirici və tonuslaşdırıcı antioksidant çayı sərbəst radikalların dağıdıcı təsirini neytrallaşdırır, toksinləri orqanizmdən çıxarır, həmçinin qocalma proseslərini nəzərəçarpacaq dərəcədə ləngidir.

Zərif sitrus dadı verən yaşıl çay yüngüllük hiss etməyə, vücud cizgilərinin və qamətin incəlməsinə nail olmağa, bununla yanaşı, orqanizmin sağlamlığını müdafiə etməyə kömək göstərir. O, həmçinin mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır və müxtəlif bağırsaq infeksiyaları zamanı müsbət təsir edir.
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Təravətləndirən və canlandıran antioksidant çayı sərbəst radikalların dağıdıcı hərəkətini neytrallaşdırır, toksinləri orqanizmdən çıxardır, həmçinin qocalma prosesini xeyli ləngidir. 

Yüngüllüyü hiss etməyə, bədənin zərif xətlərinə və qamətinə nail olmağa, bununla yanaşı orqanizmin sağlamlığını da qorumağa incə sitrus dadlı yaşıl çay kömək edəcəkdir. O həmçinin mədə-bağırsaq traktının işini yaxşılaşdırır və müxtəlif bağırsaq infeksiyaları zamanı təsirlidir. 

Tətbiqi və tərkibi: 
Keyfiyyətlərinə görə unikal olan məhsul aşağıdakı şəxslər üçün vacibdir:

  • sağlamlığına diqqət yetirənlər üçün
  • yaxşı görünmək istəyənlər üçün
  • öz cavanlıq dövrünü artırmaq istəyənlər üçün 
  • immunitetinin dəstəklənməsinin qayğısına qalanlar üçün 

Tərkibi: 
yaşıl çay yarpaqları, limonotu. 

Buraxılış forması: 
2 qramlıq 22 paket. 

Hazırlanma qaydası: 
Çay paketinin üstünə qaynar su alır və 3-5 dəqiqə dəmləyirlər.
  • Sərbəst radikalların dağıdıcı təsirini normallaşdırır
  • Toksinləri çıxardır
  • Qocalma proseslərini ləngidir 
Tərkibə daxil olan yaşıl çay unikal xüsusiyyətlərə malikdir. Canlandıran effektə malikdir. Yaşıl çay həzm proseslərində normallaşdırma zamanı kömək edir, effektiv antioksidant hesab olunur. Yaşıl çayın faydalı xüsusiyyətləri onunla şərtlənir ki, onun tərkibində çoxlu miqdarda müxtəlif bioaktiv maddələr, mikroelementlər və vitaminlər mövcuddur. 

Lemonqrass həmçinin aktiv komponent sayılır. O, aşağıdakı xüsusiyyətləri ilə məşhurdur: 
  • Antioksidant 
  • iltihab prosesini aradan qaldırmağa kömək edir 
  • həzmi yaxşılaşdırır 
  • mübadilə proseslərini sürətləndirir 
  • qan dövranını stimullaşdırır 
  • yorğunluğu götürür 
  • enerji və güc yığılmasını artırır