• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

VIP-Rofes

VIP-Rofes
VIP-Rofes
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar

VIP-Rofes ilə sağlamlığın müayinəsi

VIP-Rofes proqram-aparat kompleksi insan orqanizminin bütün orqan və sistemlərinin funksional vəziyyətini testləşdirmə imkanını təmin edir. Həyat üçün mühüm sistemlərin vəziyyətinin gündəlik müayinəsi sizə öz orqanizminizdə baş verən proseslərin dinamikasını izləməyə, öz emosional və fiziki vəziyyətinizin indekslərini qiymətləndirməyə, yorğunluğun səviyyəsini və onun orqanizmin tonusuna təsir dərəcəsini müəyyənləşdirməyə kömək edir.

VIP-Rofes proqram-aparat kompleksi təhlükəsizdir və istifadəsi asandır.

Onu biləyə taxmaq kifayətdir.

Təsir prinsipi

VIP-Rofesin təsiri elektropunktur prinsipinə əsaslanıb. Aparat sol biləyin içəri tərəfindəki bioloji aktiv P-7 nöqtəsini stimullaşdıraraq, onun vasitəsilə bütün orqanlara impulslar göndərir. VIP-Rofes orqanlardan daxil olan cavab impulslarını qeydə alır və sağlam insanın göstəriciləri ilə müqayisə edir.

İstifadə qaydası

VIP-Rofesi planşetə, ya da fərdi kompüterə qoşun. Bütün gərəkli proqram təminatı və istifadəyə dair təlimat dəstə daxildir. Dəqiq və anlaşıqlı təsvir cihazın iş prinsipini tez anlamağa və testləşdirməyə başlamağa kömək edir. Nəticə üç dəqiqə ərzində hazır olacaq.

Müəyyənləşdirilən göstəricilər

  • Orqanizmin ümumi vəziyyətinin testləşdirilməsi - bütün orqan və sistemlərin tələbatına cavab verir.
  • Nəticələrin analizi və qərar - 3 dəqiqə ərzində.
  • Psixoemosional vəziyyətin qiymətləndirilməsi.
  • Zərərli vərdişlərin orqanizmə neqativ təsirinin qiymətləndirilməsi.
  • Stressin və əmək şəraitinin qeyri-uyğun normalarının neqativ təsirinin müəyyən edilməsi.
  • Orqanizmə mənfi təsir göstərən xarici amillərin qeydə alınması.
  • Problemin əlamətləri üzə çıxmamış onun müəyyən edilməsi.
  • BAƏ, dərman və tibb preparatlarının qəbulunun effektliyinə nəzarət.

VIP-Rofes ilə biznes imkanları

  • İnsanların qrup şəklində testdən keçirilməsi, nəticələrin analizi və tez təqdim edilməsi.
  • Görüşlərdə potensial sifarişçilərin testdən keçirilməsi onlarda VİSİON ilə biznesə maraq doğura bilər.
  • Testdən keçən şəxsin qəbul etdiyi BAƏ-lərin, dərman və tibb preparatlarının effektliyinə nəzarət. Testi bitirdikdən sonra Şirkətin məhsulunu qəbul etməyi məsləhət görmək, 30 dəqiqədən sonra da testi təkrarlamağı təklif etmək olar.
  • Yarım saat ərzində orqanizmdə müsbət dəyişikliklərin əyani elmi sübutu BAƏ-nin köməyi ilə orqanizmdə resursların artmasının xeyrinə şəksiz dəlildir.