• 12
Məhsullar
Kataloq Əlifba sırası ilə məhsullar Üstünlükləri Təyinatına görə məhsullar

Vip-Scan

Vip-Scan
Vip-Scan
İstifadəsi və tərkibi Xüsusiyyətləri Üstünlükləri Məhsul haqqında materiallar
Vip-Scan - sizin dəri və saça qulluq üzrə şəxsi mütəxəssisinizdir. Məlumdur ki, dermatoloqlar, plastik cərrahlar, kosmetoloqlar, həmçinin gözəllik salonları və bərbərxanalarda işləyən mütəxəssislər öz müştərilərinə onların dərisinin və saçının vəziyyətinin xırdalıqlarınadək analizini təklif edə bilərlər.

İndi siz özünüz peşəkar mütəxəssis olmaqdan ötrü qabaqcıl texnologiyadan istifadə edə bilərsiniz.

Vip-Scan dəri və saçın öyrənilməsi üçün daha tam qurğu dəstini, dəri üçün sensorları və sizin müştərilərinizin öz dərisi və saçı barədə təsəvvürünü kökündən dəyişəcək araşdırmalar üçün proqram avadanlığı təklif edir.

İstifadəsi və strukturu

Bütün dünyada belə qurğulardan yalnız dermatologiyada, gözəllik salonlarında, kosmetoloji kabinetlərdə və müalicə-araşdırma mərkəzlərində saç tökülməsi, akne, ekzemalar, psoriaz və dəri qocalmasının qarşısını alan müalicəvi-profilaktik qulluğu, həmçinin saç köçürülməsi, transplantasiyası, saçın bərpası və keçəlləşmənin müalicəsi zamanı istifadə edilirdi.

Vip-Scan bədən dərisinin, saçın və baş dərisinin istənilən komponentinin və vəziyyətinin araşdırılmasını 1x-dən 700x-dək diapazonda aparır. Başınızın və ya üzünüzün fotosunu çəkin, kiçik dəri nahiyələrini iri planda göstərin, dəri səthinin və dərialtı təbəqənin xüsusiyyətlərini müşahidə edin, saçın sıxlığını və qalınlığını müəyyənləşdirin, baş dərisini, tük follikullarını və tük zoğunu öyrənin, tük məməciklərinin kapillyar hərəkəti və vəziyyəti kimi ən xırda detallara diqqət yetirin.

Sizin sifarişçiləriniz saçın, baş dərisinin və bədən dərisinin vəziyyətinin xırdalıqlarınadək təsvirindən təəssüratlanacaq və sizin təklif etdiyiniz məhsul və xidmətləri əldə etməyə həvəsləndirəcək.
  • Sifarişçilərdə onların saçının və dərinin xüsusiyyətləri və kosmetik xüsusiyyətləri haqqında təsəvvür formalaşdırır.
  • Müalicə kursu zamanı istifadə onun effektliliyini təmin edir.
  • VISION şirkətinin proqram avadanlığı kimi qurulmuş tövsiyələrinin köməyi ilə sizin məhsullarınızın satışının artmasına kömək edir.
Saça qulluq
  • Saçın və baş dərisinin vəziyyətinin sənədlə təsdiqi, həmçinin bərpaedici prosedurlar
  • Faylların sifarişçilər üçün yadda saxlanılması və sonradan müqayisəli analizi
  • Saç follikullarının vəziyyətinin (piy vəzilərinin və follikulların tıxanması, follikulların zədələnməsi, ölmüş dəri və piylə tıxanmış follikullar) müşahidəsi
  • Baş dərisinin nəmlik, yağlılıq dərəcəsinin, ölmüş dərinin, iltihabın, kəpəyin, seboriya və psoriazın mövcudluğunun müşahidəsi
  • Saçın yağlılığının və ya quruluğunun müşahidəsi
  • Zərərli məhsullardan və yaxud məhsuldan hədsiz istifadənin doğurduğu kimyəvi zədələnmənin müşahidəsi
  • Lazım olan sirkulyasiyanın təmin edilməsi üçün baş dərisindəki tük kapillyarlarının müşahidəsi
  • Tibbi ekspertizanın nəticələrinin təsdiq edilməsi üçün əyani sübutlardan istifadə
  • Məhsul satışının və xidmət həcminin artırılması üçün saçın vəziyyətinin əyani sübutlarından istifadə
Dəriyə qulluq
  • Dərinin nəmliyinin, yağlılığının və elastikliyinin ölçülməsi
  • Dərialtı təbəqənin, genişlənmiş kapillyar kanalları, hiperpiqmentasiya, tıxanmış məsamələr, xal və ziyillərin strukturu kimi xüsusiyyətlərinin müşahidəsi
  • Dermatitin cüzi iltihab, qırmızı sızanaqlar və aknelər kimi müxtəlif formalarının xırdalıqlarınadək nümayişi
  • Toxumaların yekcinsliyi, qırışları və nahamarlığı daxil olmaqla quruluşu
  • Dəri səthində tıxanmış və genişlənmiş məsamələr, sızanaqlar, xallar və ziyillər
  • Dərinin yağlanma, nəmlik və ölmüş toxuma səviyyəsinin müşahidəsi
  • Pullu qabıqlanma - ölmüş dəri və yaxud keratinlər
  • Dərinin vəziyyətinin sənədlə təsdiqi və bərpaedci prosedurlar
  • Faylların sifarişçilər üçün yaddaşda saxlanması və ya çap edilməsi, sonradan müqayisəli analizi
  • Tibbi ekspertizanın təsdiqi üçün əyani sübutlardan istifadə
  • Məhsul satışının və xidmət həcminin artırılması üçün dərinin vəziyyətinin əyani sübutlarından istifadə
  • Məhsul satışının və xidmət həcminin artırılması
  • Sifarişçilərin dərinin və saçın vəziyyəti ilə tanış edilməsi və bərpa prosedurların əhəmiyyətinin izahı
  • Sifarişçilərin hərəkətə keçməyə həvəsləndirilməsi
  • Dərinin/saçın vəziyyəti haqqında mütəxəssis rəyinin yoxlanması
  • Dərinin/saçın müalicəsinə dair prosedurların yerinə yetirilməsində sifarişçilərə kömək
  • Dəri və saçın vəziyyətinin qiymətləndirilməsi
  • Təəssürat yaratmaq üçün xırdalıqlarınadək böyüdülmüş təsvirin böyük ekranda nümayişi
  • Sadə, rahat istifadə
  • Sübuta yetirilmiş effektlilik -dəriyə/saça qülluq məhsullarının qabaqcıl təchizatçıları tərəfindən geniş istifadə